Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Avqust

2018
12:13
Hava küləkli olacaq - XƏBƏRDARLIQ!

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında deyib ki, Bakıda və Abşeron yarımadasında avqust ayının 8-9-da hava şəraiti yağmursuz olacaq.

Onun sözlərinə görə, növbəti iki gündə hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir: “Şimal küləyi əsəcək, arabir güclənəcək".

G.Məmmədova bildirib ki, növbəti iki gündə əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir: "Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. Bölgələrdə qərb küləyinin arabir güclənəcəyi gözlənilir".

O qeyd edib ki, növbəti iki gündə havanın temperaturunda dəyişiklik gözlənilmir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : küləkli hava 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 19:13



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com