Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Avqust

2018
15:00
Deputatın oğlu məhkəmədə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindindiriləcəyi elan olunub.

Lakin zərərçəkmiş Fərman Məmmədovun vəkili buna etiraz edib. O söyləyib ki, məhkəmə heyəti prosesin ədalətli şəkildə araşdırılmasında maraqlı deyil. Müdafiəçi qeyd edib ki, məhkəmədə prosessual pozuntular həddən artıq çoxdur. O, buna görə, məhkəmə tərkibinə etiraz edib və hakimlərin dəyişdirilməsini istəyib. Vəkil etirazını məhkəmə yazılı şəkildə də təqdim edib.

Hakim bildirib ki, etiraz zərərçəkmiş F.Məmmədovun adından yazılıb. Vəkil isə vurğulayıb ki, F.Məmmədovun nümayəndəsi olduğu üçün vəsatəti onun adından yazıb.

Digər zərərçəkmişlər də vəsatətin təmin edilməsini tələb ediblər.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra deputat Elmira Axundovanın oğlu Həbib Axundov zərərçəkmiş qismində yenidən ifadə verib. O, əvvəlcə bir neçə dəqiqəlik çıxış etmək istədiyini bildirib. O deyib ki, zərərçəkmiş F.Məmmədov onun və anası E.Axundovanın adından mətbuata qərəzli, iftira, şantaj və montaj olunmuş məlumatlar ötürür.

H.Axundovun sözlərinə görə, zərərçəkmiş şəxslər - Şahin Məhərrəmov və Sabir Ağayev F.Məmmədov tərəfindən bu cinayət işinə qoşulduqlarını etiraf ediblər: "Şahin məndən şikayət edəndə ona zəng vurdum. Onu daha əvvəl tanımamışam. Ofisimə çağırdım, danışdıq. Onun Fərmana 3 min borcu olduğunu dedi. Buna görə də Fərmanın istəyi ilə şikayət edib. Məndən 3 min borc istədi ki, Fərmana versin və onun tələblərindən canını qurtarsın. Mən də ona borc verdim. Şahin məndən şikayətinin olmaması ilə bağlı notariusda sənəd verdi. Onunla aramızdakı görüş mənim ofisimdəki kameraya da düşüb. Həmin görüntünü də sizə təqdim edirəm. Həmçinin Sabir Ağayev də məndən şikayət edəndə onunla görüşdüm. Sabir bildirdi ki, borcu, kreditləri var və buna görə də Fərmanın dedikləri ilə razılaşıb. Sabir mənə pul verməyib. O, məndən şikayətçi olmaması ilə bağlı da notariusdan sənəd verib. Onu da məhkəməyə təqdim edirəm".

H.Axundov daha sonra F.Məmmədovun şəxsi fəaliyyəti ilə bağlı danışmaq istəyib.

Hakim isə bu məsələlərin araşdırılan işlə əlaqəsinin olmadığını deyib.

Fərman Məmmədovun vəkilinin suallarını cavablandıran H.Axundov özünə dəymiş zərəri dəqiq xatırlamadığını, bu barədə istintaqa məlumat verdiyini deyib.

H.Axundov sauallara cavabında vurğulayıb ki, F.Məmmədov onların ailəsinə çox yaxın olub.

O, F.Məmmədovla təqsirləndirilən E.İbrahimovun şəxsi münasibətləri və biznes əlaqələri barədə məlumatsız olduğunu deyib.

Məhkəmədə fasilə elan olunub.

İttiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.

Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub.

Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.

Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.(report)

Məqalədə : Elmira Axundova 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47800

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45881

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47494

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47101

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52666

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46737

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47179
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-10-2020 04:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru