Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

06 Avqust

2018
10:46
4253
Nazir əlillik təyinatlarını araşdırır, yeni təkliflər hazırlanır

Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İşçi Qrupunun növbəti iclası olub.

Nazirlikdən FaktXəbər-ə bildirilib ki, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin nazirlik qarşısında müəyyən etdiyi vəzifələrə uyğun olaraq həyata keçirilən islahatların mühüm bir istiqaməti əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin tam şəffaflaşdırılmasına yönəlib. Bu məqsədlə nazirlikdə yaradılan İşçi Qrupu tərəfindən Səhiyyə Nazirliyindəki müvafiq İşçi Qrupu ilə birgə müvafiq işlər aparılır. Həmin işlərdən biri kimi, artıq cari ilin ikinci rübü üzrə də risk qrupu xəstəlikləri ilə əlaqədar əlillik təyinatları araşdırılır. Eləcə də əlilliyin qiymətləndirilməsi üçün elektron sistemə daxil edilmiş göndərişlərin araşdırılması davam etdirilir. Bu dövr üzrə araşdırmalarda da yanlış əlillik təyinatları, həmçinin əsassız tərtib olunmuş göndərişlər aşkar edilərək ləğv olunub.

S.Babayev əlilliyin qiymətləndirilməsi zamanı bəzən müşahidə olunan süründürməçilik hallarının aradan qaldırılması üçün sistemli işlərin davam etdirildiyini deyib. O bildirib ki, bir çox hallarda göndərişin düzgün tərtib olunmaması səbəbindən əlilliyin qiymətləndirilməsi mümkün olmadığı üçün əlilliyin təyin olunmasından imtina qərarı verilir və belə hallarda göndərişin düzgün tərtib olunmaması barədə aidiyyəti səhiyyə müəssisəsinə də məlumat verilməlidir.

Nazir hazırda əlilliyin qiymətləndirilməsi üçün müraciət sisteminin daha təkmil əsasda qurulması, mövcud normativ-hüquqi aktlarda süründürməçiliyə imkan yaradan boşluqların aradan qaldırılması, əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin strukturunun təkmilləşdirilməsi üçün müvafiq işlərin aparıldığını qeyd edib. O bildirib ki, tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi prosedurları ilə bağlı Qaydalara əlavə və dəyişiklər edilməsi üçün təkliflər hazırlanır. Tibbi-sosial ekspert komissiyaları, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları ilə bağlı Əsasnamələrə əlavə və dəyişiklər edilməsi də nəzərdə tutulur. Eyni zamanda, əlilliyin qiymətləndirilməsində qabaqcıl dünya, o cümlədən Avropa İttifaqı ölkələrinin təcrübəsinə uyğun yeni meyarların tətbiqi ilə bağlı təkliflər də hazırlanmaqdadır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirilir.  

İclasda İşçi Qrupu tərəfindən aparılmış araşdırmaların nəticələri, qısamüddətli və ortamüddətli dövr üçün müəyyən olunmuş inzibati və sistem xarakterli tədbirlərin reallaşdırılması yönündə görülən işlər, əlilliyi olan şəxslərin reabilitasiyası sisteminin müsbət nəticələrə yönəlik səmərəli təşkili, bərpa mərkəzlərinin maddi-texniki təchizatının gücləndirilməsi və s. məsələlər müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Məqalədə : Sahil Babayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Aprelin 24-nə manatın məzənnəsi

23

Aprel
20:28
İQTİSADİYYAT
78

PKK Türkiyədə hərbi hissəyə hücum edib

23

Aprel
19:22
BÖLMƏNİ DÜZ SEÇ!
87

Azərbaycanda yeni zavod tikiləcək

23

Aprel
19:07
İQTİSADİYYAT
99

Qaraciyər üçün ən xeyirli meyvənin adı açıqlanıb

23

Aprel
16:58
AİLƏ, SAĞLAMLIQ
192

Qadın 27 il sonra komadan ayıldı

23

Aprel
16:52
DÜNYA
124

Günün qarşılaşmaları TV AFİŞA

23

Aprel
15:08
İDMAN
303
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 04:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru