Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2018
17:55
Mediada dini mövzuların işıqlandırılması haqda seminar keçirilib

FaktXeber.com-un məlumatına görə, Azərbaycan İlahiyyat İnstitutu Mediada Dini Mövzuların İşıqlandırılması ilə bağlı seminar keçirib.

Seminarı giriş sözü ilə açan ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov mediada dini mövzular haqda yazıların, araşdırmaların Sovet dövründə qadağan olduğunu, müstəqillik illərində isə bu mənada xaotik vəziyyətin yarandığı bildirdi: "Təəssüf ki, müstəqilliyimizin ilk illərində mediada radikal ideyalara belə yer verildi. Mətbuatı şəxsi idealogiyalarının alətinə çevirdilər".

Həmçinin bildirildi ki, müasir dövrümüzdə mediada dini bilən yazarlarımız olsa da onların sayı kifayət qədər deyil. 

Daha sonra söz dini yazar Kənan Rövşənoğluna verildi. O medianın əsas 3 funksiyası  - maarifləndirmək, xəbər və əyləndirmək olduğunu bildirdi. Dini mövzularında məhz maarifləndirmək kateqoriyasına aid olduğunu bildirən yazar, burada internetin, xüsusən sosial şəbəkələrin təsirlərindən danışdı.

Dini mövzuların müstəqillikdən sonrakı dövrə təsadüf etdiyini bildirən Kənan Rövşənoğlu İraq işğalı və sair hadisələrin medianın Şərqə, müsəlman aləminə marağının artmasına səbəb olduğunu vurğuladı: «Tədricən biz də islam dünyasının bir parçası olmağa başladıq»

Yazar bildirdi ki, bizim cəmiyyətdə dindarlığın faizi artıqca mediada dini mövzular - ramazan proqramları verilməyə başladı: «Daha sonra beynəlxalq aləmdə gedən proseslər zəminində dünya mediasında yayılan cihad, təkbir, və sair sözlərin açıqlamaları ilə maraqlanılmağa başlanıldı…Suriyada gedən proseslərdə azərbaycanlıların iştirakı isə bizi bunun bir hissəsi etdi. Dövlət hiss edir ki, əgər sən ona özün islam haqda məlumat verməsən internet əsrində bunu haradansa tapacaqlar». 

Kənan Rövşənoğlu həmçinin dini mövzularda bizdə bəzi məhdudiyyətlərin olduğunu bildirdi. 

Sonda seminarın sual-cavab hissəsi keçirildi. İştirakçılararı maraqlandıran fikirlər ətrafında müzakirələr aparıldı. /Emilya Vaqif, Şəhriyar Səmədov

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Mediada Dini Mövzular 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 23:12



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com