Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Avqust

2018
17:15
`WhatsApp` ödənişli mesaj sisteminə keçir

"WhatsApp" messenceri müştərilərə reklam və xidmət xarakterli mesajların göndərilməsi üçün biznes istifadəçilər ödəniş etməli olacaqlar.

Bu haqda "WhatsApp"un bloqunda məlumat verilib. "Ötən il elan etdiyimiz kimi, "WhatsApp" şirkət və onların müştəriləri arasında ünsiyyəti asanlaşdırmaq üçün yeni funksiyalar üzərində işləyir. Biz hazırda müştərilərlə ünsiyyət saxlamaq üçün daha güclü vasitələrə ehtiyac duyan şirkətlər üçün böyük imkanlar təqdim edirik", – bloqda qeyd olunur.

"Şirkətlər bəzi mesajları göndərmək üçün ödəniş etməli olacaq, beləliklə, şirkətlər göndəriləcək mesajlara fərqli yanaşmalı olacaq və çatda qarışıqlıq olmayacaq. Bundan başqa, mesajlar əvvəlki kimi "end-to-end" şifrlənməsi ilə qorunur və istənilən şirkəti bloklamaq mümkündür", – deyə "WhatsApp"ın nümayəndəsi bildirib.

"Reuters" agentliyinin məlumatına görə, şirkətlərin mesajlarının qiyməti ölkədən asılı olaraq 0,5-9 sent təşkil edəcək.

"Tech Crunch" nəşrinin məlumatına görə, hazırda 1,5 milyarddan çox istifadəçi "WhatsApp" messencerindən istifadə edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : WhatsApp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 22:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com