Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Avqust

2018
14:50
Yol polisi uşaqlarla bir arada - FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi azyaşlılarda küçə hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması məqsədilə məktəbəqədər təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.

DİN Mətbuat Xidmətinin əməkdaşı Mahir Məsimov FaktXeber.com-a bildirib ki, Şəki şəhər 28 nömrəli uşaq bağçasında keçirilən tədbirdə azyaşlılarla yanaşı onların valideynləri və bağça tərbiyəçiləri də iştirak edib.

Keçirilən görüşdə çıxış edən DYPB-nin əməkdaşı Tural Niftalıyev bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsədlərinin azyaşlılar arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq olduğunu bildirib.

O, əyani vasitələrlə avtomobil, küçə, səki, işıqfor və digər anlayışlar barədə ətraflı məlumat verib. Bundan əlavə valideynlərə uşaqları bağçaya gətirib apararkən əməl etməli olduqları yol hərəkəti qaydaları izah edilib. Bağça rəhbərliyi və valideynlər də belə maarifləndirici tədbirlər keçirdiklərinə görə polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.

Sonda uşaqlar yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər səsləndirib, mahnılar ifa ediblər.

Məqalədə : Yol polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47867

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45952

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47585

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47166

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52751

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46802

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47244
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-10-2020 16:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru