Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Avqust

2018
12:00
Əcnəbiləri qarət edən şəxs saxlanılıb

Bakıda əcnəbiləri qarət edən şəxs saxlanılıb. Bu barədə FaktXeber.com-a DİN Mətbuat Xidmətinin əməkdaşı Natiq Cavadov məlumat verib.

Bildirilir ki, DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə Səbail rayonunun Xaqani və H.Hacıbəyov küçələrində əcnəbi vətəndaşların yaşadıqları 2 mənzildən oğurluq edilməsi barədə müraciətlər daxil olub. Məlumatlarla əlaqədar Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və mənzillərin birindən 3 ədəd velosiped, digərindən isə mobil telefon, ətir və tütün məmulatının oğurlandığı müəyyən edilib.

“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Dünyamalıyev olduğu müəyyən edilib.

Oğurlanmış velosipedlər və mobil telefon maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7065

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5934

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7443

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7422

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10512

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7142
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-07-2020 06:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru