Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Avqust

2018
11:44
4170
Türbə hesab edilən abidə kilsə çıxdı - Balakəndə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyasının xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası tərəfindən Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə aşkar edilib. 2017-ci ildə abidənin türbə deyil, Qafqaz Albaniyasına məxsus alban-xristian abidəsinin zəng qülləsi olduğu məlum olub.

Ötən il aparılan arxeoloji qazıntılar zamanı abidənin qurbangah hissəsi, həmçinin ibadət hissəsinin bir hissəsi tədqiqata cəlb edilmişdi. Azərbaycan Milli Elmlər akademiyasının Arxeologiya və Etnoqrafiya institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, bu il kilsənin zal hissəsi tamamilə aşkar olunub.

N.Alışov bildirib ki, 2 metr hündürlüyü olan tökmə torpaq təbəqə aradan götürülüb və onun bişmiş kərpicdən hazırlandığı məlum olub. Bununla yanaşı, kilsənin zəng qülləsinin daxilində də tədqiqatlar aparılıb. Həmin yerdə yaşayış yerini xatırladan ocaq izlərinə rast gəlinib.

Üstəlik, aparılan arxeoloji tədqiqatlar nəticəsində döşəmədə dağıntı əlamətlərinə rast gəlinib: "Dağıntıların səbəbini araşdırarkən burada şərq-qərb istiqamətində daş sarkofaq aşkar edildi. Onun piltəsi tədqiqata cəlb edilən vaxt məlum oldu ki, həmin qəbir abidəsi vaxtilə dağıdılıb. Çünki piltə sındırılmış, bir hissəsi isə tərsinə qoyulmuşdu".

Alışov tədqiqatlar nəticəsində, həmçinin saxsı keramika nümunələrinə, kirəmitə, kapitellərə və digər tikinti avadanlıqlarına rast gəldiklərini də qeyd edib: "Abidənin memarlıq quruluşunun tam şəkildə olmasa da, 70%-i memarlıq nöqteyi-nəzərindən tədqiqatını artıq yekunlaşdırmışıq. Ancaq biz burada xam təbəqəyə qədər qazıntı işlərini davam etdirməliyik. Yəni, abidənin inşa dövrünün tam müəyyənləşdirilməsi üçün xam təbəqəyə qədər tədqiqatlar aparılmalıdır".

"Gələcək illərdə də bu tədqiqatlar davam edəcək. Çünki, biz artıq gələcəkdə abidənin kompleks tədqiqini nəzərdə tuturuq. Artıq abidənin ibadətgahının döşəmə hissəsinə çatmışıq. Onun barı hissəsində olan maddi mədəniyyət nümunələrinin aşkar edilməsi istiqamətində işlərimiz davam edəcək" — deyə arxeoloq əlavə edib.

Arxeoloqun fikrincə, bu abidədə aparılan arxeoloji tədqiqatlar Azərbaycanda arxeoloji turizmin inkişafı, regionda dini rəngarəngliyin mövcud olması, abidənin qorunaraq gələcək nəsillərə ötürülməsi mövzusunu daha da aktuallaşdırır. Bu da onu göstərir ki, Qafqaz Albaniyasındakı müstəqil Alban katolikosluğu dövrünə aid, xristian dinini özündə əks etdirən yüzlərlə yerüstü və yeraltı abidə öz tədqiqini gözləyir.

Qeyd edək ki, abidə kənd sakini Elşad Dabaxovun həyətində yerləşir. Kənd sakini bildirib ki, illərdir bu abidəni qoruyur, ətrafında təmizlik işləri aparır: "Nə mən, nə də həyat yoldaşım işləyir. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm ki, onsuz da bu abidəyə mən baxıram. Abidəyə qulluq edən mənəm, maaşı alan isə onların müəyyən etdiyi şəxslərdir. İldə bir-iki dəfə gəlirlər, baxıb gedirlər. Bu da olur onların mühafizəsi".

Məqalədə : Balakən abidə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda ölüm səviyyəsi azalıb

16

Sentyabr
12:05
ÖLKƏ
18

Azərbaycan əhalisinin sayı açıqlanıb

16

Sentyabr
11:45
ÖLKƏ
138

Bilik günündən FOTOREPORTAJ

16

Sentyabr
11:36
ELM / TƏHSİL
149

Yəmən Səud rejimini şoka salıb

16

Sentyabr
11:24
DÜNYA
71

Yatmaq üçün ən təhlükəli forma açıqlanıb

16

Sentyabr
10:29
AİLƏ, SAĞLAMLIQ
165

Bu rayonlarda qaz təchizatı dayandırılıb

16

Sentyabr
10:17
ÖLKƏ
128

01

Yanvar
197

16.09.2019 tarixinə AMB-nin valyuta məzənnələri

16

Sentyabr
09:57
İQTİSADİYYAT
114

164 mindən çox şagird I sinfə gedir

16

Sentyabr
09:25
ELM / TƏHSİL
198
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 12:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru