Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Avqust

2018
09:11
Tramp Ərdoğanın nazirlərinə sanksiya tətbiq etdi

ABŞ-ın Maliyyə Nazirliyi amerikalı pastor Endrü Bransonun işi ilə əlaqədar Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiya tətbiq edib. FaktXəbər bildirir ki, bu barədə ictimaiyyətə Ağ Evin mətbuat katibi Sara Sanders məlumat verib.

O, əlavə edib ki, Donald Trampın göstərişi əsasında pastor Bransonun saxlanılması və həbsində aparıcı rol oynamış Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylu sanksiyalara məruz qalıb.

Qeyd edək ki, Türkiyə nazirlərinin ABŞ-ın yurisdiksiyasına olan bütün hesabları və aktivləri dondurulub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Trump 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 00:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com