Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2018
12:39
5854
Bu sürücülər cərimələnəcək – Yol Polisindən XƏBƏRDARLIQ

İyulun 31-də 2013 və ondan əvvəlki illərin buraxılışı olan minik avtomobillərinin texniki baxışdan keçməsi müddəti bitib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov FaktXəbər-ə bildirib ki, bundan sonra texniki baxışdan keçməyən avtomobillər kamera vasitəsilə aşkar ediləcək və elektron qərar qəbul ediləcək.

V.Əsədovun sözlərinə görə, hazırda Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzində həddindən artıq aktivlik müşahidə olunur: “Bu yaxşı əlamətdir ki, sürücülər texniki baxışdan keçməyə çalışır. Texniki baxışdan keçməyən sürücüləri də dəvət edirik ki, nə qədər ki, şərait yaradılıb, nəqliyyat vasitələrini diaqnostika mərkəzinə təqdim etsinlər. Diaqnostika mərkəzinin əməkdaşları istirahət etmədən çalışırlar”.

Bölmə rəisi qeyd edib ki, bu qədər müddətdə sürücülər texniki baxışdan keçməyə gəlmirdilər: “İndiyə qədər sürücülər texniki baxışdan keçməyə əhəmiyyət vermirdilər, lakin indi gəliblər texniki baxışdan keçməyə. Çox güman ki, texniki baxışdan keçməyən avtomobillərlə bağlı kameralar vasitəsilə elektron qərarın qəbul edilməsi sürücüləri məcbur edir ki, texniki baxışdan keçsinlər. Artıq sürücü və polis əməkdaşı arasında heç bir təmasa, narazılığa ehtiyac qalmayacaq".

Qeyd edək ki, avtomobillərini texniki baxışdan keçirməyən fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir

Məqalədə : Yol Polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
576

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
418

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
435

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
480

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
511

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
487

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1083

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
881
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 07:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru