Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2018
11:24
Rusiya əsgərlərinin qida rasionu - FOTO

Rusiya ordusunda 600 minə yaxın hərbi qulluqçu gündə 3-4 dəfə olmaqla 1-ci növ qidalanma ilə təchiz olunur. FaktXəbər bildirir ki, bu barədə "RİA Novosti"yə açıqlamasında ölkənin müdafiə nazirinin müavini Dmitri Bulqakov danışıb.

O, əlavə edib ki, il ərzində hərbi qulluqçulara 50 milyon geyim forması və digər əşyalar təqdim olunur: "Sülh dövründə 600 min hərbi qulluqçunu gündə üç-dörd dəfə 1-ci növ ərzaq payı, 50 milyon geyim forması və digər əşyalar, 5,7 min şəhərcik və 69,5 min bina ilə təmin etmək lazımdır".
 
Qeyd edək ki, Rusiya ordusunda hərbçilər üçün nəzərdə tutulmuş qida rasionu belədir:
 
Səhər yeməyinə 1 və ya 2 yemək daxildir; sıyıq və kotlet və ya sosiska.
Bir stəkan süd içmək mütləqdir.

Günorta yeməyinə borş və ya noxudlu sup, ikinci xörək qaynadılmış mal əti, donuz ətindən bişirilmiş əzmə, toyuq döşü və böyrək təklif olunur.

Şam yeməyində balıq menyusu zəngindir. Suda bişmiş balıq, qızardılmış və ya buğda bişirilmiş şəkildə verilir. Həmçinin pörtlədilmiş kələm və kartof püresi, düyü, qarabaşaq qarniri də var.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : rusiyalı hərbçilər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 06:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com