Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2018
10:27
İsrail ordusunda parçalanma: druzlar yəhudilərə qarşı çıxdı

İsrail rejiminə sədaqətli xidməti ilə tanınan və orduda nadir azlıqlardan sayılan druzlar, yəhudi dövlət qanununa etiraz olaraq ordudan istefa verməyə başlayıb. FaktXəbər bildirir ki, bu barədə "Haaretz" qəzeti yazıb.

İsrail ordusunun druz kapitanı Amir Jmall orduda artıq xidmət etməyəcəyini bəyan edərək bazar günü Facebookdan baş nazir Benyamin Netanyahuya açıq məktub göndərib: "Bu gün səhər durdum və qərargaha getmək üçün yola çıxacaqdım ki, özümdən soruşdum. İsrail dövlətinə niyə xidmət edim? Atam, iki qardaşım və mən özümüzü orduya həsr etmişik. Bəs, sonunda nə əldə etmişik? İkinci sinif vətəndaşlıq. Netanyahu, sənin və hökumətinin bu qərarından sonra artıq ölkəyə xidmət etmək istəmirəm və əminəm ki, yüzlərlə şəxs xidmət etməyi dayandıracaq və ordudan təxliyə olunacaq".

Digər druz zabit Şadi Zaidan da Facebook vasitəsilə İsrail rejiminə etiraz edib: "Bu günə qədər bayraq önündə qürurla dayanır və onu salamlayırdım. Lakin ilk dəfə bu gün vəzifə başında bayrağı salamlamaqdan və milli himni oxumaqdan imtina etdim. Hamı kimi vətəndaşam və hər şeyimi İsrailə vermişəm. Amma sonda özümü 2-ci sinif vətəndaş kimi görürəm. Özümü bunun bir parçası olmaq üçün hazırlamamışam. Mən mübarizəyə qoşuluram, bu ölkəyə xidmət etməyi dayandırıram".

Qeyd edək ki, druzlar - ismailli məzhəbinin şaxələrindən biri olan müsəlman dini təriqətinə aid ərəblər sayılır. Onlar əsasən Livan və Suriyada məskunlaşıb, az bir hissə isə İsrail və İordaniyada yaşayır.

Məqalədə : İsrail ordusu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6720

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5554

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7086

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7077

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9842

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6792
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-07-2020 05:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru