Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

01 Avqust

2018
10:08
3702
Şimal rayonlarında yanğınlar: `Temperatur nə qədər yüksək olsa da, meşə özbaşına yanmır`

İyulun 28-dən 30-dək Azərbaycanın şimal rayonlarında 35 yanğın hadisəsinin baş vermə səbəbini rəsmilər "insan faktoru" ilə izah edirlər.

FaktXəbər-in məlumatına görə, bu barədə BBC News Azərbaycancaya danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözçüsü İradə İbrahimova səbəblərlə bağlı ətraflı məlumat verməyib.

Xanım İbrahimovanın sözlərinə görə, yanğın meşə fonduna zərər vurmayıb:

"İlkin hesablamalara görə, yanğın təxminən 100 hektar ərazini əhatə edib, əsasən kol bitkiləri, xəzəl, ot örtüyü, meşənin alt yarusu, qurumuş və yıxılmış ağaclar yanıb".

Nazirlik bildirib ki, hər il yaradılan mövsümi qərargahda komissiya fəaliyyət göstərir və dəyən zərər müəyyənləşdirilir.

Ekoloji təhlilçi Telman Zeynalov deyir ki, temperatur nə qədər yüksək olsa da, meşə özbaşına yanmır:

"Meşədə olan nəmişlik onun birdən-birə yanmağına imkan verməz. Kiməsə ərazi lazım olur deyə meşəni yandırırlar və yaxud da kimsə öz torpağında olan alaq otlarını yandıranda külək qığılcımı meşə zolağına apara bilər".

Cənab Zeynalov hesab edir ki, "meşələrin yanması iqlimdə gedən təbii prosesləri minimuma endirir:

"Meşələrin yanması nəmişliyi azaldır, buxarlanmanı çoxaldır. Külək vasitəsilə buxar kütlələri başqa yerə aparılır və nəticədə səhralaşma yaranır. Torpaq qeyri-münbit olmağa başlayır və nəticədə aclıq yaranır".

Təhlilçi hesab edir ki, ərazilərə nəzarət edən yoxdur, nəzarət olsa, yanğın başlayan kimi nazirliyə məlumat tez çatar: "Yarım, bir saatdan sonra məlumat onlara çatırsa, o bir saata o meşənin yarısı yana bilər".

Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir ki, hazırda yanğın ocaqlarında kəşfiyyat işləri aparılır.

FHN-dən yanğınlar, səbəbləri və söndürülməsilə bağlı ətraflı məlumat almaq mümkün olmayıb.

İyulun 28-dən 30-dək Siyəzən, Şabran və digər rayonlarda meşə və digər ərazilərdə 35 yanğın hadisəsi qeydə alınıb.

Yanğınlardan biri Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçənək sahəsində başlayıb, sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli Parkının ərazisinə keçmişdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib ki, Altıağac Milli Parkındakı yanğının baş verməsində şübhəli bilinən şəxs müəyyən edilib və hüquq-mühafizə orqanlarına müraciət olunub.

Yanğınlar nəticəsində 1315 hektar ərazi (meşə ərazisi 5 hektar, digər ərazilər 1310 hektar) yanıb.

Məqalədə : meşə yanğınları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb

26

Aprel
11:38
İQTİSADİYYAT
49

Ramil Usubov polkovniki işdən çıxardı

26

Aprel
11:13
HÜQUQ,HADİSƏ
67

Bu ərazilərdə işıq olmayacaq

26

Aprel
10:48
ÖLKƏ
39

Astara sakinlərinin oftalmoloji müayinəsi keçiriləcək

26

Aprel
10:44
AİLƏ, SAĞLAMLIQ
1535

Azərbaycan neftinin qiyməti 77 dolları keçib

26

Aprel
09:34
İQTİSADİYYAT
73

DTX və polis Zaqatalada əməliyyat keçirdi

26

Aprel
09:27
HÜQUQ,HADİSƏ
64
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 12:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru