- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Qubad İbadoğlu / iqtisadçı alim
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) məlumatına görə, illik orta sərnişin dövriyyəsi 201 milyon 221 min 400 nəfərdir. Aparılan hesablamalara görə, "Bakı metropoliteni" QSC-nin sərnişin dövriyyəsindən əldə etdiyi orta gəlir hazırkı qiymətlə (20 qəpik) 40 milyon 244 min 280 manat, yeni qiymətlə (30 qəpik) 60 milyon 366 min 420 manat edir. Deməli sərnişin dövriyyəsində dəyişiklik baş verməzsə o halda "Bakı metropoliteni" QSC-i yeni maliyyə ilində (avqust 2018-2019) əlavə olaraq 20 milyon 122 min 180 manat gəlir əldə edəcək. Bununla yanaşı, Maliyyə Nazirliyinin saytında yazılır ki, 2018-ci ilin dövlət büdcəsindən "Bakı metropoliteni" QSC-yə sərnişin daşınma xidmətinin tarifinin dövlət tərəfindən tənzimləndiyinə və bu fəaliyyətin sosial xarakter daşıdığına cəmiyyətdə yaranan zərərin ödənilməsinə, maliyyə sağlamlaşdırılmasına 45 milyon manat subsidiya, yeni vaqon və eskalatorların alınmasına dövlət əsaslı vəsait qoyuluşu xərclərində isə 44 milyon manat əlavə vəsait nəzərdə tutulmuşdur ki, bu da 2017-ci illə müqayisədə 22,5 milyon manat və ya 29,4 faiz çoxdur.
Bundan başqa "Bakı metropoliteni" QSC yol divarlarında, platformalarda, pilləkənlər/ eskalatorlar üzərində, eskalator / pilləkən divarları boyunca, vestibüllərdə, eskalatora / pilləkənlərə doğru yollarda, dəhlizlərdə, keçidlərdə, girişlərdə / çıxışlarda, vaqonlarda, onun oturacaqlarında, pəncərələrində reklam şitləri, video çarxları və monitorlarının kirayə verilməsindən və yerləşdirilməsindən hər il 10 milyonlarla vəsait qazanır. Əlavə olaraq keçidlərdə yerləşən apteklər üçün kirayə haqqından gəlir əldə edir. Beləliklə ki, bu il üçün "Bakı metropoliteni" QSC gözlənilən gəlirləri 150 milyon manatdan (bu ilin ilk 7 ayında sərnişin dövriyyəsindən orta hesabla 11 milyon 737 manat, qiymət bahalaşandan sonra bu ilin sonrakı 5 ayında sərnişin dövriyyəsindən 25 milyon 152 min manat, dövlət büdcəsindən ayrılan 45 milyon manat subsidiya və 44 milyon manat investisiya xərcləri, əlavə olaraq 10 milyonlarla manat reklam və xidmət gəlirləri) çoxdur.
Bu isə o deməkdir ki, "Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin bu il hər sərnişinə görə orta gəlirləri 52 qəpiyə (investisiya xərcləri çıxılmaqla) çatır.
Amma hələ də heç kim bilmir ki, "Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin hər sərnişinə görə orta xərcləri nə qədərdir və onun tərkibinə hansı məsrəf elementləri daxildir.
Bununla əlaqədar olarar "Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin saytında axtarışlarım fayda vermədi. Çünki, saytda maliyyə hesabatları yerləşdirilməyib. Buyursunlar açıqlasınlar!
- 14-02-2019 14:59 Qərblə Rusiya növbəti “rinq”i hansı ölkədə quracaq?
- 11-02-2019 14:29 Mələkləri qətlə yetirən Səud rejimi qana doymur
- 09-02-2019 12:29 “Erməni arzusu”na çevrilməkdə olan “Gürcü arzusu”
- 07-02-2019 16:48 İraqda ABŞ-a qarşı silahlı üsyan baş verə bilər- ANALİZ
- 06-02-2019 15:09 Venesuelada baş verənlər nəyi isbatlayır?
- 06-02-2019 10:49 ABŞ-ın xaotik Yaxın Şərq siyasəti - ANALİZ
- 24-01-2019 16:19 Gücün şəhvətinə düçar olanlar - Venesuela
- 19-01-2019 12:30 Ermənistan Bakı-Tiflis-Qarsa qoşulmaq istəyir - blokadanın sərt diktəsi
- 18-01-2019 11:47 Paşinyan Sarqsyana niyə toxunmur?
- 15-01-2019 15:54 Suriya müharibəsinin əsas səbəbi hələ də gündəmini qoruyur
- 14-01-2019 16:09 Suriyada səfirliklər açılır: SƏBƏB MƏĞLUBİYYƏTDİR
- 11-01-2019 12:07 Neft ölkələri siyasi risk altında - ANALİZ
- 09-01-2019 14:34 Əfqanıstan - ABŞ imperiyasının tənəzzül simvolu kimi
- 29-12-2018 11:32 Kreml İrəvana yenə “diş” göstərdi - işğalçıya Yeni il öncəsi hədə kimi ismarış
- 21-12-2018 17:01 YƏMƏN - Səudiyyənin gələcəyi üçün şah damarı
- 21-12-2018 09:34 Bayram Səfərovla bağlı qərarın SƏBƏBİ
- 20-12-2018 13:12 ABŞ-ın "terrorla mübarizə" adı ilə növbəti hədəfi: AFRİKA
- 20-12-2018 09:01 Proqnoz: 2019-cu ildə dünyada quraqlıq və aclıq artacaq
- 12-12-2018 15:22 "Nyu York Tayms": Yəməndə ABŞ istehsalı olan faciə yaşanır
- 10-12-2018 11:20 Sözün məsuliyyəti və manatın məzənnəsi
- 08-12-2018 12:30 Qərb istismarı tarixinin utanc səhifələri: “İnsan zooparkları”
- 06-12-2018 11:30 Bakı metrosunda gördüklərimiz və ya Afina heykəllərinə qayıdış?
- 01-12-2018 11:20 Ermənistanın taxıl blokadası başladı - İrəvanın Zurabişvili ümidi
- 30-11-2018 16:25 Sabahının sual altında olduğu düşünülən bugünkü Rusiya
- 29-11-2018 10:26 Paşinyanın "Mənim addımım" blokunun "qorxaq addım"ı