Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 İyul

2018
15:12
5275
Doğuşdan dərhal sonra ana südü risk yaradır - UNICEF

"Dünyada təxminən 78 milyon körpənin və ya hər beş körpədən üçünün doğuşdan sonra həyatının ilk saatında ana südü ilə qidalanmaması ölüm və xəstəlik riskini artırır”.

Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatında bildirilib.  

Hesabatda qeyd edilib ki, həyatının ilk saatından ana südü ilə qidalanan yeni doğulmuşlarla müqayisədə, doğuşdan 2-23 saat sonra ana südü ilə qidalanan körpələr arasında ölüm riski 33% daha yüksəkdir. Doğuşdan bir və ya bir neçə gün sonra ana südü ilə qidalanan körpələr arasında isə bu risk iki dəfə çoxdur.

“Məqamı yaxala (Capture the Moment)” adlı həmin hesabata əsasən, Azərbaycan körpələrin 20 %-dən az hissəsinə həyatlarının ilk saatında ana südü verilməsinə başlanılması göstəricisi ilə azsaylı ölkələr qrupuna daxildir. Bu göstərici 20%-dən aşağıdır. Bu da onu göstərir ki, Azərbaycanda hər 10 yeni doğulan körpədən yalnız ikisinə həyatlarının ilk saatında ana südü verilir.

Hesabatda qeyd olunur ki, doğuşdan sonra həyatının ilk saatında ana südü ilə qidalanan körpələrin sağ qalmaq ehtimalı əhəmiyyətli dərəcədə daha yüksəkdir. Dünyaya göz açdıqdan sonra bu cür qidalanma ilə bağlı hətta bir neçə saatlıq ləngimə körpələrin həyatı üçün təhlükə törədən fəsadlara yol aça bilər. Doğuşdan dərhal sonra döşlə yedizdirilmə vasitəsilə ana ilə körpə arasında dəri təması qidalı maddələrlə və anticisimlərlə həddindən artıq zəngin olan və “körpənin ilk peyvəndi” adlandırılan ana südünün, o cümlədən ağız südünün əmələ gəlməsini stimullaşdırır.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Edvar Karvardin bildirib ki, analara onların ailə üzvləri, tibb işçiləri, işəgötürənlər və hökumət tərəfindən verilən dəstək artırılmalıdır. Səhiyyə Nazirliyi UNICEF-in dəstəyi ilə Körpə Dostu Xəstəxana Təşəbbüsünü gücləndirməyi planlaşdırır.

Məqalədə : UNICEF 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1180

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1348

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1797

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1090

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1446

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1180

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1795

6300-dən çox bakalavr ixtisas seçimi edib

17

İyun
11:12
ELM / TƏHSİL
1232
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 19:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru