Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 İyul

2018
11:58
4101
Penitensiar Xidmətin direktor müavini məhbusdan üzr istədi - Rusiyada

Rusiyada Federal Penitensiar Xidmətin direktorunun birinci müavini Valeriy Maksimenko işgəncəyə məruz qalmış məhbus Yevgeni Makarovdan üzr istəyib. FaktXəbər bildirir ki, bu barədə "Meduza" məlumat yayıb.
 
"Mən vətəndaş Makarovdan üzrxahlıq etmək istərdim. Onun doğmaları və yaxınlarından üzr istəyirəm. Bizim keçmiş olsa da, əməkdaşlarımızın etdiklərinə görə üzr istəyirəm. Mən buna görə utanıram. İşgəncə faktında iştirak edən bütün əməkdaşlar cəzalandırılacaq və işdən azad ediləcək",-deyə Valeriy Maksimenko əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl Yaroslavlda yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində Yevgeni Makarovun məruz qaldığı işgancələrlə bağlı kadrlar yayılmışdı. Kadrlar 2017-ci ilin iyunun 29-na aid olub. Həmin vaxt «İctimai qərar»ın vəkili İrina Biryukova məhbus Makarovun yeriyə bilmədiyi barədə xəbərlər alıb. O, Yaroslavla gedərək görüş tələb etsə də imkan verilməyib. Nəhayət görüşə nail olduqda isə, gördüklərindən dəhşətə gəlib.

Məqalədə : işgəncə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
118

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
96

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1558

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
426
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 02:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru