Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2018
16:54
Mili Qəhrəmanlar Nadir Əliyev, Aqil Məmmədov və Fəxrəddin Musayevin doğum günüdür

Nadir Alış oğlu Əliyev 1962-ci il iyulun 30-da Ağdam rayonu Əliağalı kəndində anadan olub. O, Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat müvəkkili kimi 1991-ci ildə öz arzusu ilə döyüş bölgəsinə göndərilib, Dağlıq Qarabağ və ətraf rayonlarda cəsur döyüşçü, əməliyyatçı və komandir kimi tanınıb, 1993-cü ilin iyulunda Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Suraxanı rayonundakı 282 saylı orta məktəb onun adını daşıyır, yaşadığı binaya xatirə lövhəsi vurulub.

Aqil Səməd oğlu Məmmədov 1969-cu il iyulun 30-da Qubadlı şəhərində anadan olub. O, 1988-ci ildən Qubadlının müdafiəsində iştirak edib, “Qaranquş” kəşfiyyat dəstəsinin ələkeçməz döyüşçüsü kimi tanınıb, dəfələrlə düşmənin arxasına keçərək hərbi əsir və “dil” gətirib, dəfələrlə erməni zabitlərini ələ keçirib azərbaycanlı girovları geri qaytarmaq üçün dəyişib, 1992-ci il avqustun 7-də Laçın rayonu Susuzdağ yüksəkliyinə hücum zamanı qəhrəmanlıqla həlak olub. Qubadlı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Təhsil aldığı və hazırda Sumqayıtda yerləşən orta məktəb onun adını daşıyır. Qubadlıda və Gəncədə adına küçələr var.

Fəxrəddin Musa oğlu Musayev 1957-ci il iyulun 30-da Türkmənistanın Bayraməli şəhərində anadan olub, sonradan Bakıya köçüb. O, Azərbaycan hərbi hava qüvvələrində xidmət edib, dəfələrlə döyüş bölgələrinə uçuşlar edib, ermənilərin canlı qüvvəsi və texnikasını məhv etməklə ad qazanıb, 1992-ci il aprelin 11-də Füzuli rayonu ərazisində düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Qusar şəhərində küçələrin biri onun adını daşıyır, yaşadığı binaya xatirə lövhəsi vurulub.

Məqalədə : Milli Qəhrəman 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6013

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4914

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6481

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6512

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
8746

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6196
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-07-2020 05:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru