Ukrayna ordusunun zabitləri qaçmağa başlayıb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2018
16:10
2886
Ukrayna ordusunun zabitləri qaçmağa başlayıb

Ukrayna Silahlı Qüvvələrinin sıralarını 2018-cu ilin ilk altı ayı ərzində 11 min zabit və müddətdən artıq hərbi qulluqçu (MAHQ) tərk edib. FaktXəbər bildirir ki, bu barədə "Ukrmilitary" portalı məlumat yayıb.

Məlumata görə, ölkənin müdafiə naziri Stepan Poltorak mövcud durumla bağlı baş nazir Vladimir Qroysmana məktub göndərib.

Daha 18 min zabit və MAHQ isə ilin sonunadək ordu sıralarını tərk etmək üçün ərizə veriblər. Onların işdən çıxmalarının səbəbi pul təminatının aşağı səviyyədə olmasıdır.
 
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi hərbçilərin pul təminatının 1 oktyabr 2018-ci ildə artırılması haqqında qərar qəbul edib və hökumətdən  orduya ayrılan büdcənin 4,5 milyard qriven (28 milyon 665 min AZN) artırılmasını istəyib.
 
Hazırda orduda xidmət aparan hərbi qulluqçuların aylıq əmək haqqısı 7,5 min (477,75 AZN) - 8,7 min qriven (554,19 AZN) arasında dəyişir.

Məqalədə : Ukrayna 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 15:25



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com