Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2018
10:52
Qüdsə buraxılmayan vətəndaşlar Türkiyəyə qayıtdı - FOTO

Tur şirkətilə Qüdsə ziyarətə gedən ümumilikdə 93 Türkiyə vətəndaşının 72-sinə İsrailə giriş icazəsi verilməyib. Ölkəyə buraxılmayan sərnişinlərdən 19-u axşam saatlarında İstanbula qayıdıb. Qalan 53 nəfər isə gecə saatlarında İstanbula gəlib.

FaktXəbər-in məlumatına görə, İsrail polisi tərəfindən Qüdsə buraxılmayan sərnişinlərdən olan 23 yaşlı magistratura tələbəsi Hümeyra Hacıibrahimoğlu "Anadolu" agentliyinə açıqlamasında bildirib ki, pasport yoxlama məntəqəsinə girəndə pasportları 1-2 dəqiqə ərzində yoxlanılmadan toplanıb.

Hacıibrahimoğlu İsrail polisinin onları ofis kimi bir yerə topladığını bildirərək, "daha sonra dar bir otağa getdik. O otaqda saatlarla qaldıq, ac və susuz olmuşuq. Bizə heç bir açıqlama vermədilər. "Biz imkan versək keçəcəksiniz, verməsək keçməyəcəksiniz" kimi ələ satırlar kimi danışdılar. Bu, psixoloji olaraq bizi çox bezdirdi", - deyə söyləyib.

Qüdsə ziyarət məqsədilə, Məscidi Əqsanı görmək üçün getdiklərinin söyləyən Hümeyra Hacıibrahimoğlu belə danışıb:

"Bu edilənlər bizi qorxutmayacaq. Bizim ilk addımımızdır, amma son gedişimiz olmayacaq. Tur rəhbərimiz gəlib, "Sizə viza verilmədiyini deyirlər, sizi deport etdilər",  dedikdə, hamımızdan belə reaksiya gəldi ki, pullarımızı geri istəmirik, qətiyyən geri verməyin, ən qısa zamanda bizi buraya təkrar geri gətirin. Çünki biz bura səfər etmək istəyirik və görmədən geri dönmək istəmirik. Bunu dedik.

Oralara gedilməli, görülməlidir. Qətiyyən bu insanları bezdirməməli, qorxutmamalıdır. Onların görmək istədiyi şey də elə budur, bizi qorxutmaq, sındırmaq, incitmək. Biz orada çox dik dayandıq, üzülmədik, ağlamadıq. Türkiyəyə yaraşan mövqe nümayiş etdirdiyimizi düşünürəm, nə gedəcək qrupları, nə də fələstinli qardaşlarımızı çətin vəziyyətdə qoyacaq heç bir şey etməmişik. Heç bir provakatif hərəkətdə etməmişik".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qüds 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 13:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com