Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2018
10:00
Bu gün vətəndaşların hansı hüquqi yardımları pulsuz alacağı açıqlanıb

Bu gün "Vəkillərin peşə bayramı günü" ilə əlaqədar müraciət edən şəxslərə pulsuz hüquqi yardım ediləcək. Bu, bütün vəkil qurumlarına şamil olunur.

Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin Aparat rəhbəri Fərhad Nəcəfov "Report"a bildirib ki, söhbət bir gün ərzində göstərilə biləcək hüquqi yardımdan gedir.

Aparat rəhbəri deyib ki, bu, əsas etibarilə cinayət işləri istisna olmaqla, digər sahələrdə şifahi və yazılı məsləhətlərin verilməsi, müxtəlif ərizələrin tərtibinə dair hüquqi yardımın fəaliyyətini əhatə edir: "Bu fəaliyyətlər ödənişsiz əsaslarla həyata keçiriləcək".

Qeyd edək ki, VK-nın Rəyasət Heyətinin iclasında 30 iyul - “Vəkillərin peşə bayramı günü”ndə VK-nın Rəyasət Heyəti üzvlərinin Bakı şəhərində yerləşən ahıllar evlərindən birini ziyarət etməsi və oranın sakinlərinə ödənişsiz hüquqi yardım göstərilməsi barədə qərar qəbul edilib. Həmçinin bütün vəkil qurumlarına isə həmin tarixdə gün ərzində qurumlara müraciət edənlərə pulsuz hüquqi yardım göstərilməsi tövsiyə olunub.

Məqalədə : hüquqi yardımlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
200

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
401
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 10:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru