- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Dünən saat 19 radələrində Bakı-Quba yolunun 29 km-də fəaliyyət göstərən avtotəmir sexində “DAF” markalı 99 JD 282 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yanacaq çənində qaynaq işləri aparılarkən yanacaq çəni partlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, hadisə nəticəsində avtotəmir sexində usta işləyən Məlikov Müsü Bəhmən oğlu, Məlikov Rövşən Ramiz oğlu və Quliyev Akif Eldar oğlu, eləcə də “DAF” markalı avtomobilin sahibi Rüstəmov Fərhad Əhməd oğlu yanıq xəsarətləri ilə 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdiriliblər.
Zəruri tibbi yardım göstərilməsinə baxmayaraq həmin şəxslər xəstəxanada vəfat ediblər. Şəhər prokurorluğunun əməkdaşları tərəfindən şəhər prokuroru və ekspertin iştirakı ilə hadisə yeri müayinə edilib, hadisənin şahidləri dindirilib və digər zəruri prosessual hərəkətlər həyata keçirilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar, o cümlədən hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-texniki-təhlükəsizlik ekspertizası təyin edilib, fotoşəkillər çəkilib və hadisəni əks etdirən videogörüntülər götürülüb.
Hazırda iş üzrə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
- 20-02-2019 15:49 "Gəncə hadisələri" haqda yazan sayt rəhbərinin məhkəməsində maraqlı faktlar açıqlanıb
- 20-02-2019 12:38 Metroda baş vermiş ölümün SƏBƏBİ məlum oldu
- 20-02-2019 11:30 "Yanar bulağ"ın yüksək təzyiqlə püskürmə səbəbi - VİDEO
- 20-02-2019 10:43 Axtarışda olan 29 nəfər saxlanılıb
- 19-02-2019 16:55 18 yaşına qədər olan gənclərə enerji içkiləri satılmayacaq - DƏYİŞİKLİK
- 19-02-2019 14:31 Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib
- 19-02-2019 12:34 Qarlı hava beş qəzaya səbəb oldu – VİDEO
- 19-02-2019 12:29 Azərbaycanın Dövlət Himninə dair yeni tələblər təsdiq edildi
- 19-02-2019 11:59 Canavarların kəndlərə hücumu ilə bağlı İşçi Qrup yaradılıb
- 19-02-2019 11:20 DİN: Ötən gün ərzində 35 cinayətin üstü “isti izlər”lə açılıb
- 19-02-2019 10:58 Həmyerlimiz Volqoqradda 19 yaşlı gənci öldürdü
- 19-02-2019 10:10 Bakıda polis əməkdaşı barəsində cinayət işi başlanılıb
- 18-02-2019 12:15 Əfvlə bağlı Ramil Usubovla görüşdülər
- 18-02-2019 10:56 Bakıda 14 liftin hissələrini oğurlayan keçmiş məhkum saxlanılıb
- 18-02-2019 09:52 Ölkədə cinayət hadisələrinin 12 faizdən çoxu narkotiklə bağlı olub
- 18-02-2019 09:30 İki gündə yol qəzalarında 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb
- 17-02-2019 14:41 Ermənilər azərbaycanlılar və çeçenlər arasında "nifrət və nifaq toxumlarını əkməyə" çağırır
- 16-02-2019 14:56 Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar
- 16-02-2019 14:54 Narkoloji Mərkəzdə baş vermiş faciənin yeni təfərrüatları məlum olub
- 16-02-2019 13:36 Taleh Bağırzadə aclıq aksiyasını dayandırdı
- 16-02-2019 12:02 DYP reyd keçirib, sürücülərə xəbərdarlıq olunub
- 16-02-2019 11:34 Cinayət törədənlərin 86 faizi işsiz və savadsızlardır - RƏSMİ
- 15-02-2019 16:23 "BakuBus"un avtobusu ilə toqquşan avtomobilin sürücüsü öldü
- 15-02-2019 15:30 Bakıda daha bir sürücü "qoçuluq" edib yol kəsdi - VİDEO
- 15-02-2019 15:21 Azərbaycanın "İnterpol" xətti ilə axtarışa verdiyi şəxs Çexiyada saxlanılıb