Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2018
12:12
Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində öz qruplarında birinci olublar - FOTO

İyulun 28-də “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsinə start verilib.

FaktXəbər-in Müdafiə Nazirliyinə istinadən məlumatına görə, yarışların ilk günündə Azərbaycan tankçıları qruplarında yer aldıqları Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə güclərini sınayıblar.

Tankçılarımız müsabiqənin şərtlərinə əsasən şərti hədəfləri sərrast atəşlə məhv edərək, marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə qət ediblər.

Beləliklə, yarışların ilk günü tank heyətlərimiz rəqiblərini xal hesabında xeyli geridə qoyaraq qrupda birinci olublar.

Qeyd edək ki, bu il 23 ölkədən tank heyətləri “Tank biatlonu” müsabiqəsində iştirak edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 18:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com