Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyul

2018
15:25
4291
“BakuBus” avtobusunun yolunda növbəti təhlükəli vəziyyət - VİDEO

“BakuBus” MMC-yə məxsus avtobusun yoluna iki nəfərin çıxması nəticəsində təhlükəli vəziyyət yaranıb. FaktXeber.com-un sözügedən qurumun Mətbuat Xidmətinə istinadla verdiyi məlumata görə, hadisə iyulun 25-i saat 06:16-da 21 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus “28 May” metrostansiyasının qarşısından “Əhmədli” metrostansiyası istiqamətində hərəkət edərkən Nobel prospektində qeydə alınıb.

Yola çıxan iki nəfər avtobusun saxlanılmasını istəyib. Bu zaman avtobus üçün qəza şəraiti yaradan həmin şəxslər öz həyatlarını da təhlükə altında qoyublar. Sürücü qəzadan yayınaraq hərəkəti davam etdirdiyi vaxt isə yola çıxanlardan biri əli ilə avtobusa zərbə endirib. 

İki nəfərin yola çıxaraq avtobus üçün qəza şəraiti yaratması digər avtomobillərin hərəkətinə də mane olub. 

“BakuBus” MMC vətəndaşları avtobusların yoluna çıxmamağa, nəqliyyat vasitələrinin hərəkətinə mane olmamağa, həmçinin, öz həyatlarını təhlükə altında qoymamağa çağırır. 

“BakuBus” MMC-yə məxsus avtobusun yoluna iki nəfərin çıxması nəticəsində yaranan təhlükəli vəziyyətə dair görüntünü təqdim edirik:

Məqalədə : BakuBus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda DƏHŞƏTLİ QƏTLLƏR

20

May
10:07
HÜQUQ,HADİSƏ
77

Azərbaycan nefti ucuzlaşıb

20

May
09:59
İQTİSADİYYAT
41

DİM bakalavrlara müraciət edib

20

May
09:55
ELM / TƏHSİL
41

Xarici valyutaların manata qarşı məzənnələri

20

May
09:42
İQTİSADİYYAT
1148

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1360
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 10:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru