Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyul

2018
14:33
4898
Səudiyyə Ərəbistanı İsrailə torpaq verdi - BAZA YARADIRLAR

Səudiyyə Ərəbistan rəhbərliyi bir müddət əvvəl açıqladığı "Neom" layihəsinin icra olunacağı yerin yaxınlığındakı 16 min kvadrat kilometrlik ərazini Məhəmməd ibn Salmanın şəxsi mülkiyyəti elan edib. "Qadağa edilmiş bölgə"yə daxil edən sahədə Şarma, Suğra, Muveylih, Duba və Əmləc kimi yaşayış məntəqələri yerləşir. 

FaktXəbər-in məlumatına görə, "Əxbar əl-Suudi" İnformasiya Agentliyi Salman rəhbərliyinin həmin bölgə daxilində qalan şəhərləri boşaltmaq barədə qərar verdiyi yazıb. "Tabuk" bölgəsi adlandırılan həmin sahənin qarşıdakı dövrdə İsraillə birgə həyata keçiriləcək hərbi fəaliyyətlərin icra sahəsi olaraq seçildiyi bildirilir.

Təl-Əviv və Ər-Riyad rəsmiləri bu yaxınlarda birgə kəşfiyyat fəaliyyəti qərarı verdiklərini və bu vəziyyətin hərbi sahədə atılacaq yeni əməkdaşlıq addımları ilə dəstəklənəcəyini ayrı-ayrılıqda açıqlamışdılar.

Misir tərəfindən Səudiyyə Ərəbistanına təhvil verilən Sanafir və Tiran adaları Səudiyyə hakimiyyəti tərəfindən elan edilən "Qadağa bölgəsi"nin sərhədlərində yerləşir. İsrailin Əqəbə körfəzinə (Qərbində Sinay yarımadası, şərqində Səudiyyə Ərəbistanı, şimalında isə İsrail və İordaniya yerləşir - red.) sərhəd rayonlarından Eylat da həmin regiona qonşu yaşayış məntəqələri arasındadır. İsrailin ən böyük dəniz bazasının yerləşdiyi Eylat vilayəti də "ikinci İsrail" kimi planlaşdırılan "Neom" layihəsinin kəsişmə nöqtəsindədir. Digər tərəfdən, qadağan edilmiş bölgənin zəngin neft və qızıl mədən yataqlarına malik olması da diqqət çəkir.

Tədqiqatçı Mehmet Emin Akın Tabuk ərazisində elan edilən bölgənin coğrafi mövqe etibarilə qeyri-adi imkanlar yaratdığını və İsrailin bu bölgədəki dik vadiləri kimyəvi silah anbarı kimi istifadə etməyə hazırlaşdığını söyləyib. Məhəmməd İbn Salmanın İran qorxusu ilə tamamilə ABŞ-İsrail himayəsinə daxil olduğunu bildirən Akın, bölgənin eyni zamanda İsrailin quru və hava təlimləri üçün hazırlanacağını deyib. Bölgənin zəngin neft və qızıl yataqlarına malik olduğunu vurğulayan Akın, Misir, İordaniya və BƏƏ-nin bu layihənin digər tərəfdaşları arasında yer aldığını, Tiran və Sanafir adalarının da eyni plan çərçivəsində Səud rəhbərliyinə təhvil verildiyini qeyd edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
642

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
129

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
93

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
85
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 00:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru