Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyul

2018
13:15
Ölkədə hepatitlə bağlı STATİSTİKA açıqlandı

"Son 4 il ərzində B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyaya 8936 nəfər müraciət edib".

Bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədr müavini Həqiqət Qədirova deyib.

O bildirib ki, müraciət edənlərin 57 faizi kişi, 43 faizi qadın olub: "Ümumi müraciət edənlər arasında 73 nəfərdə hepatit C virusu aşkarlanıb. 27 faiz insanda isə hepatit B olub. Müraciət edənlər arasında sağlam daşıyıcılara da rast gəlinib. Belə ki, 1042 nəfərdə virus olsa da, onlarda xəstəlik aşkarlanmayıb. Yəni, onların hələ müalicəyə ehtiyacı yoxdur. Düzgün şəkildə qidalansalar ömürlərinin sonuna qədər sağlam yaşaya bilərlər".

H.Qədirova qeyd edib ki, eyni anda həm B, həm də D viruslu hepatitə yoluxan insanların sayı 160 nəfər, həm B, həm də C virusuna yoluxanların sayı isə 156 nəfərdir. 493 nəfər isə serroz olub: "1259 nəfərdə müalicəyə əks göstəriş olub. 6266 nəfərə müalicə yazılıb ki, onlardan 1153 nəfərin müalicəsi bu gün də davam edir. Bundan başqa, keçən il ərzində 59 nəfərdə hepatit A, 160 nəfərdə hepatit B, 154 nəfərdə isə hepatit C virusu artıq xroniki hal alıb".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : hepatit 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 17:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com