Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2018
16:42
Eldar Əzizov niyə şəhər rəhbərliyinə gətirildi?

Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini postuna təyinatı cəmiyyətin böyük əksəriyyəti üçün gözlənilməz oldu. Müvəqqəti də olsa Bakıya rəhbərliyin niyə məhz ona həvalə olunduğu çoxlarını düşündürdü. 

FaktXəbər-in “Yeni Müsavat”a istinadən məlumatına görə, Sumqayıt kimi iri şəhərdən Bakının bir rayonuna başçı gətirilmiş E.Əzizov bir növ “vurulmuş” kadrlardan hesab olunurdu. Ona birdən-birə Bakıya rəhbərlik kimi strateji vəzifənin həvalə olunması buna görə ciddi rezonans doğurdu.

Qəzet yazır ki, E.Əzizov şəhər təsərrüfatçılığına yaxından bələd olan, bu sahədə çoxillik təcrübəyə malik azsaylı məmurlardandır. Ölkənin iki ən böyük şəhərinə – Gəncə və Sumqayıta rəhbərlik edib. Bu baxımdan, onun müavin olaraq Bakı təsərrüfatının başına gətirilməsi məntiqli görünür. Digər tərəfdən, Bakı rəhbəri strateji post sayılır.

Ölkə əhalisinin yarıdan çoxu Bakıda yaşayır, iqtisadiyyatın 80 faizdən yuxarısı Bakıda cəmləşib. Əksər dövlət əhəmiyyətli müəssisələr, istehsal obyektləri, təşkilatlar paytaxtdadır. Bu qədər böyük bir təsərrüfatın uzun müddət başçısız olması ciddi çətinliklər yaradır. Ən azı Bakı ərazisində həyata keçirilən demək olar ki, bütün növ tikinti, bərpa və sair təyinatlı işlər üçün paytaxta rəhbərlik edən şəxsin mövqeyini tələb edən minlərlə sənədləşmələr var. Bu baxımdan, BŞİH  başçısı postunun 3 aya qədər boş qalması xeyli problemlər də yaratmışdı.

Bir çox mənbələr E.Əzizovun bir müddət sonra BŞİH rəhbəri postuna təsdiqlənəcəyini proqnozlaşdırırlar. Güman edilir ki, bir neçə aylıq əvəzetmədən sonra Bakıya rəhbərlik tamamən ona həvalə olunacaq. Qeyd etmək yerinə düşər ki, Azərbaycan hakimiyyətində belə təcrübələr çoxdur: kimsə əvvəlcə hansısa vəzifəni əvəzetmə kimi daşıyır, daha sonra ona rəsmən sahiblənir. Bu baxımdan E.Əzizovun bir gün BŞİH başçısı postuna təyinat alması da mümkündür.

Məqalədə : Eldar Əzizov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 09:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com