Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2018
12:44
Nikol Paşinyan: `İlham Əliyevin telefon nömrəsi məndə yoxdur, yoxsa zəng edərəm`

Rusiyada səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan "Exo Moskva" radiostansiyasının baş redaktoru Aleksey Venediktova müsahibə verib.

FaktXəbər-in məlumatına görə, müsahibə zamanı erməni baş nazir Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla münasibətlərə dair sualları cavablandırıb. 

Paşinyan qeyd edib ki, hazırda Cənubi Qafqaz regionunda vəziyyət olduqca gərgindir: "Müharibə ehtimalı olduqca yüksəkdir. Mən dedim ki, biz müharibəyə hazır olmalıyıq. Lakin mən başqa şey də dedim. Dedim ki, Rusiyanın müharibənin başlamaması üçün bütün rıçaqlar və imkanları var və mən inana bilmirəm ki, bizim strateji tərəfdaşımız, çoxəsrlik qardaşımız və bizim çoxəsrlik dostumuz müharibənin baş verməsinə icazə versin. Mən buna inana bilmirəm".

Ermənistan və Azərbaycan liderlərinin yaxın gələcəkdə baş tuta biləcək görüşü barədə danışan Paşinyan qeyd edib ki, artıq Rusiya prezidenti bu istiqamətdə ilk addımı atıb: "Futbol üzdə Dünya Çempionatının açılışı ilə bağlı Moskvada olduğum vaxt Vladimir Vladimiroviç bizi Azərbaycan prezidenti ilə tanış etdi. Biz onunla tanış olduq. Lakin çox təəssüflər olsun ki, bu, o qədər də effektiv olmadı. İlham Əliyev də NATO sammitində iştirak edirdi, lakin orada biz salamlaşmadıq, çünki buna imkan olmadı".

"Paşinyan niyə prezident İlham Əliyevə zəng etmir?" sualına cavab olaraq o bildirib ki, bu yaxşı ideyadır, lakin onda Azərbaycan prezidentinin telefon nömrəsi yoxdur.

Məqalədə : Paşinyan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53103

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51318

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52773

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52440

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57862

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52111

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52492
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2020 09:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru