Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2018
11:13
6748
Sükan arxasında narkotik qəbul edən avtobus sürücüsü danışdı - FOTO

Dünən mətbuatda sükan arxasında narkotik qəbul edən sürücü barədə video yayılmışdı. Daha sonra yol polisi həmin sürücünü aşkar etmiş və İlkin Tağıyev barəsində toplanmış materiallar məhkəməyə təqdim edilmişdi. Eyni zamanda sürücünün kalon rəisi Oktay Qurbanov da məsuliyyətə cəlb edilmişdi.

FaktXəbər bildirir ki, bu gün "avtosfer.az” saytının əməkdaşı həmin sürücü ilə görüşüb. Sürücü öz əməlindən peşman olduğunu qeyd edib. Bildirib ki, bir neçə gün əvvəl "Chinar trans" şirkətində işə düzəlib və video yayılan gün də hələlik qeyd etmədiyi mənbədən narkotik maddəni əldə edib və sükan arxasına qəbul etməyə çalışarkən videosu çəkilib. Sosial şəbəkələrdə həmin video yayılandan sonra həbs olunub. Məhkəmənin qərarına görə ona 30 sutka həbs verilib. 

Sürücüyə nəzarət etmədiyi üçün 15 sutka həbs alan kalon rəisi Oktay Qurbanov bildirib ki, bir neçə gün sürücü onlara müraciət edib və tibbi müayinə haqqında arayış və sürücülük vəsiqəsini təqdim edərək işə qəbul olunub və həmin gün də bu hərəkətləri edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
351

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
437

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
487

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
963

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
578

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
558
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 18:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru