Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyul

2018
17:03
3244
Qarabağ tələbi ilə bağlı növbəti addımlar müəyyən edildi

Qarabağ Mitinq Komitəsinin növbəti iclasında Qarabağın azadlığı tələbinin daim, davamlı gündəmdə saxlanılması üçün növbəti addımlar müəyyən edilib. İclasda qurumun bundan sonra Qarabağ Komitəsi adlandırılması qərara alınıb.

Qurumun mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Komitə üzvlərindən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Qarabağ Azadlıq Təşkilatının sədri Akif  Nağı, Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı, AĞ Partiyanın sədri Tural Abbaslı, İslam Partiyasının sədr müavini Akif  Heydərli, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Felmar Ələkbərli və digərləri çıxış edərək təklif və münasibətlərini bildiriblər. Qərarlarda Qarabağ Komitəsində təmsilçiliyin formaları, yerlərdə dəstək qruplarının yaradılması, avqust və sentyabr ayları ərzində həyata keçiriləcək aksiya və tədbirlər yer alıb. Xüsusi olaraq göstərilib ki, vətəndaşlar yerlərdə öz təşəbbüsləri ilə Qarabağ Komitəsinin dəstək qruplarını yaratmağa başlayıblar, bu prosesə xarici ölkələrdə də start verilib. Komitə bu prosesi dəstəkləyir və hər yerdə dəstək qruplarını yaratmağa çağırır.

Qarabağ Komitəsinin əsas məqsədinin Qarabağın azadlığı tələbinin davamlı olaraq gündəmdə saxlanılması, Qarabağın azadlığı üçün təcili və təsirli addımların atılmasına nail olunmasından ibarət olduğu bir daha vurğulanıb, bütün ictimai, siyasi qüvvələrin, Qarabağ döyüşçülərinin, tanınmış elm, təhsil adamlarının, cəmiyyətin bütün təbəqələrinin bu amal ətrafında birləşməsinin vacibliyi qeyd olunub. Qarabağ döyüşçüləri Şakir Abbas, Təranə Səfərsoy Komitəyə yeni üzv qəbul olunublar.

Məqalədə : Qarabağ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

25

İyun
09:58
İQTİSADİYYAT
806

ATƏT-in nümayəndə heyəti Ağdama gəlib

25

İyun
09:45
SİYASƏT
2297

İnquşetiya prezidenti istefa verdi

24

İyun
20:35
DÜNYA
116

Sami Yusuf Bakıdadır - FOTO

24

İyun
19:55
MARAQLIDIR
1838

Diqqət! Tıxac var

24

İyun
16:56
NƏQLİYYAT
559

"Kənd təsərrüfatına gənclər cəlb edilməlidir"

24

İyun
16:05
İQTİSADİYYAT
1653

Zelenski üç qubernatoru işdən qovdu

24

İyun
15:38
DÜNYA
1780
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 10:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru