Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyul

2018
14:55
Rusiyada qəzalı eyvanı göstərən kişi yıxılaraq öldü - VİDEO

Rusiyada qonşuların və kommunal işçilərin gözü qarşısında eyvandan yıxılaraq həyatını itirən kişi ilə bağlı istintaqa başlanılıb. FaktXeber.com-un məlumatına görə, Saratovda baş verən faciə anı şahidlərin kamerası ilə qeydə alınıb.

İlkin məlumatlara görə, kommunal işçisi mənzillərin vaəziyyətini yoxlamaq üçün sahəyə gəlib. Həmin vaxt 57 yaşlı kişi eyvanının pis vəziyyəti barədə şikayətə başlayıb.  Kadrlardan görünür ki, kommunal xidmətin əməkdaşı onu sakitləşdirməyə çalışır, aşağı düşməsini və ərizə yazmasını təklif edir. Lakin kişi ona qulaq asmayaraq eyvanın məhəccərini silkələməyə başlayır. Ona eyvandan yıxıla biləcəyi barədə xəbərdarlıq edilsə də kişi qulaq asmır, məhəccəri silkələməyə davam edir. Nəticədə eyvan uçur və ev sahibi yerə çırpılır.

Zərərçəkən dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : yıxılır 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 00:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com