Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyul

2018
10:44
Bakıda avtobus sürücüsündən şok hərəkət - VİDEO

Bakıda sükan arxasında narkotik maddə qəbul edən sürücü həbs olunub.  Bu barədə məlumatı  Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov verib. O bildirib ki, saat 13:43 radələrində sürücünün sükan arxasında narkotik vasitə qəbul etməsi ilə bağlı mediada dərc olunmuş məqalə əsasında dərhal araşdırma aparılıb. 

Araşdırma nəticəsində 15:00 radələrində Biləcəri istiqamətində hərəkət edən 10-XX-144 dövlət nişanlı avtobusun sürücüsü Cəfər Xəndan küçəsində saxlanılıb. Saxlanılan zaman lazımi sənədlərin təqdim olunmaması, eyni zamanda, sürücünün özünü şübhəli aparması onunla bağlı zəruri tədbirlər görülməsinə səbəb olub. Həmin sürücü dərhal tibbi müayinədən keçirilib və məlum olub ki, Masallı rayon sakini, 1984-cü il təvəllüdlü İlkin Tağıyev spirtli içkinin təsirində olub. 

Beləliklə də barəsində tərtib edilmiş sənədlər aidiyyatı üzrə tədbirlərin görülməsi üçün Binəqədi rayon məhkəməsinə göndərilib. Hakimin qərarı ilə sürücüyə 30 sutka həbs cəzası verilib və bir il sürücülük hüququndan məhrum edilib”.

V. Əsədov onu da qeyd edib ki, sözügedən hadisə ilə bağlı diqqətsizlik göstərildiyi üçün daşıyıcı şirkətlə görüşülüb və kalon rəisi barəsində də inzibati tədbir görülüb:

“Araşdırma bir az da dərindən aparılan zaman onun işlədiyi 202 nömrəli marşrut xəttinə baxan kalon rəisi ilə görüş keçirilib. İzahatın verilməsi və digər səbəblər üzrə araşdırmanın aparılması zamanı kalon rəisi Oktay Qurbanov qeyri-səmimiyyət göstərildiyindən onun da barəsində sənədlər məhkəməyə göndərilib və barəsində də 15 gün inzibati həbs qərarı verilib. Onların hər ikisi tutduğu vəzifədən xaric edilib”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16203

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14857

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16251

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15865

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21234

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15759

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15890
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-08-2020 12:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru