Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyul

2018
09:37
ABŞ Konqresi Türkiyəyə F-35-lərin verilməsinə qadağa qoydu

ABŞ Konqresi Ankaranın Rusiya istehsalı olan “S-400” zenit-raket kompleksləri əldə etmək qərarına görə “F-35” beşinci nəsil qırıcı təyyarələrini Türkiyəyə tədarükünü dondurub.

FaktXəbər-in məlumatına görə, bu barədə “The Washington Times”a istinadən verdiyi xəbərə görə, müvafiq düzəliş ABŞ-ın 2019-cu il üçün müdafiə büdcəsinin sonuncu variantına edilib.

Hesabatda bildirilir ki, Pentaqon Türkiyənin F-35-lə bağlı proqramdan çıxarılmasının nəticələrini "qiymətləndirənə qədər" tədarüklər dayandırılacaq.

Xatırladaq ki, cari ilin aprelində ABŞ Dövlət Departamentinin rəsmisi Uess Mitçel Türkiyənin Rusiyadan S-400 RƏM sistemlərini almasından sonra CAATSA qanunu çərçivəsində Türkiyəyə sanksiya tətbiq ediləcəyini açıqlamışdı. Onun sözlərinə görə, mövcud vəziyyət F-35 proqramında Türkiyənin iştirakına mənfi təsir göstərə bilər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : F-35 S-400 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 16:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com