- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Ötən həftənin cümə axşamı günü, yəni 19 iyul tarixində adi bir suala cavab almaq üçün Təhsil Nazirliyinin "Qaynar xətt"inə müraciətə etdim. Əvvəlcə uzun-uzadı zənglərim qarşıdakı nömrənin məşğul olduğun göstərdi. Daha sonra, təxminən yarım saatdan isə sırada 28-ci olduğumu öyrəndim. Təxminən 10-15 dəqiqə gözlədikdən sonra hələ 27-ci olduğumu gördüm və iş saatının da bitməsinə 30 dəqiqə qaldığını düşünüb, sabah zəng vurmağı qərarlaşdırdım.
Elə də oldu.
Səhər saatlarından başlayaraq davamlı formada Təhsil Nazirliyinin 146 "Qaynar xətt"inə zəng vurdum və nəhayət saat təxminən 12.20 radələrində xəttə düşə bildim və gördüm ki, yenə 28-ciyəm.
Neynək, gözlədim. Telefonun səsini açıq qoyub işlərimlə məşğul oldum.
Təxminən 1 saat 6 dəqiqədən sonra sırada 12-ci olduğumu öyrəndim. Sevindim ki, növbəm yaxınlaşır, uzağı 30 dəqiqəyə həsrət bitəcək.
Amma sən demə "Qaynar xətt" belə düşünmürmüş.
2 saat 9 dəqiqədən sonra avtocavablayıcı bildirdi ki, mənim sıram 6-cıdır.
2 saat 56 dəqiqədən sonra sırda 2-ci oldum. Bundan 10 dəqiqə sonra isə 1-ci oldum. Və xanım dedi ki, ilk uyğun operator tərəfindən cavablandırılacam. Çox sağ olsun, arda bir həm də xatırladırdı ki, mənim zəngim onlar üçün çox önəmlidir.
Və nəhayət, 3 saat 19 dəqiqə 22 saniyədən sonra xəttin o başındakı şəxs cavab verdi.
Sözün düzü, nəyə görə zəng etdiyimi artıq unutmuşdum. Fikirləşirdim ki, ölkənin ən əsas nazirliklərin ilk sırasında gələn Təhsil Naziliyinin "Qaynar xətt"i bu cür işləyirsə, digər idarələrin "Qaynar xətti"nin necə işlədiyini siz düşünün.
Sualımı dinlədikdən sonra gözləməyimi məsləhət bilən operator 3 saat 25 dəqiqədə sualımın onlara deyil, Bakı şəhər Təhsil İdarəsinə aid olduğunu söylədi. Nömrə verdi, uzun uzadı ora-bura zənglərdən sonra yekunda yenidən Təhsil Nazirliyinə yönləndirildim. Amma daha zəng vurmadım.
Təsəvvür edin, mən Yevlax şəhərində yaşayan müəlliməm və Nazirlikdən sahəmlə əlaqədar sualıma cavab almaq istəyirəm.
Niyə Yevlax? Onu da indi cavablandıracam.
Yevlax şəhər İcra Hakimiyyətinin binası qarşısından Bakı şəhərinə, Təhsil Nazirliyinin Xətai prospektində yerləşən binasının qarşısına 3 saat 26 dəqiqəlik, 290 km-lik yoldur. Bu yolu avtobus 5 AZN-ə gətirir, 5 AZN də qayıtmaq, şəhər daxili nəqliyyat üçün də 1 manat. Yevlaxdan Təhsil Nazirliyinə zəng vurub, 3 saat 25 dəqiqə də telefonda gözləsəm, eyni qədər xərcim çıxacaq, bəlkə də artıq. Bəs bu xəttin "qaynar"lığı harada qaldı? Elə həmin pulu avtobusa verib səhər gələrəm Bakıya, sualımın cavabını öyrənərəm, bir az da bulvarda gəzib axşam qayıdaram Yevlaxa.
Bu arada onu da qeyd edim ki, Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti) cari ilin iyun ayında ümumilikdə 8 828 müraciət daxil olub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 5 495 zəng qəbul edilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub.
“Qaynar xətt” xidmətinin iş vaxtı səhər 9.00-dan axşam 18.00-a qədərdir. Nahar fasiləsini nəzərə alsaq, 8 saat. Paralel olaraq onu da hesablayırıq ki, gün ərzində orta hesabla 262 telefon zənginə cavab verilib. Yəni hər saata 32 müraciət. Bu, elə də böyük göstərici deyil, cavablandıran olsa. Nəzərə alaq ki, "Qaynar xətt" xidmətində 5 operator otursa, hər biri 60 dəqiqəyə 6 zəngə cavab verməlidir. Belə olan halda, müraciət edən şəxs də telefon başında maksimal halda 10-15 dəqiqədən artıq gözləməz. Amma mənə avtomatik cavablayıcı 28-ci olduğumu söyləyirsə və bir neçə dəqiqədən sonra bu rəqəm 4-5 pillə aşağı enmirsə, bu onun göstəricisidir ki, ya orada 1 operator işləyir və o da çatdıra bilmir, ya da operatorlar öz işlərindən başqa hər işlə məşğuldurlar.
Təhsil Nazirliyinin əlaqədar qurumları bu barədə düşünsələr, yaxşı olardı.
Aqil Mehdi
- 20-02-2019 09:16 Fransanın "sarı gödəkcəlilər" dalanı - ANALİZ
- 14-02-2019 14:59 Qərblə Rusiya növbəti “rinq”i hansı ölkədə quracaq?
- 11-02-2019 14:29 Mələkləri qətlə yetirən Səud rejimi qana doymur
- 09-02-2019 12:29 “Erməni arzusu”na çevrilməkdə olan “Gürcü arzusu”
- 07-02-2019 16:48 İraqda ABŞ-a qarşı silahlı üsyan baş verə bilər- ANALİZ
- 06-02-2019 15:09 Venesuelada baş verənlər nəyi isbatlayır?
- 06-02-2019 10:49 ABŞ-ın xaotik Yaxın Şərq siyasəti - ANALİZ
- 24-01-2019 16:19 Gücün şəhvətinə düçar olanlar - Venesuela
- 19-01-2019 12:30 Ermənistan Bakı-Tiflis-Qarsa qoşulmaq istəyir - blokadanın sərt diktəsi
- 18-01-2019 11:47 Paşinyan Sarqsyana niyə toxunmur?
- 15-01-2019 15:54 Suriya müharibəsinin əsas səbəbi hələ də gündəmini qoruyur
- 14-01-2019 16:09 Suriyada səfirliklər açılır: SƏBƏB MƏĞLUBİYYƏTDİR
- 11-01-2019 12:07 Neft ölkələri siyasi risk altında - ANALİZ
- 09-01-2019 14:34 Əfqanıstan - ABŞ imperiyasının tənəzzül simvolu kimi
- 29-12-2018 11:32 Kreml İrəvana yenə “diş” göstərdi - işğalçıya Yeni il öncəsi hədə kimi ismarış
- 21-12-2018 17:01 YƏMƏN - Səudiyyənin gələcəyi üçün şah damarı
- 21-12-2018 09:34 Bayram Səfərovla bağlı qərarın SƏBƏBİ
- 20-12-2018 13:12 ABŞ-ın "terrorla mübarizə" adı ilə növbəti hədəfi: AFRİKA
- 20-12-2018 09:01 Proqnoz: 2019-cu ildə dünyada quraqlıq və aclıq artacaq
- 12-12-2018 15:22 "Nyu York Tayms": Yəməndə ABŞ istehsalı olan faciə yaşanır
- 10-12-2018 11:20 Sözün məsuliyyəti və manatın məzənnəsi
- 08-12-2018 12:30 Qərb istismarı tarixinin utanc səhifələri: “İnsan zooparkları”
- 06-12-2018 11:30 Bakı metrosunda gördüklərimiz və ya Afina heykəllərinə qayıdış?
- 01-12-2018 11:20 Ermənistanın taxıl blokadası başladı - İrəvanın Zurabişvili ümidi
- 30-11-2018 16:25 Sabahının sual altında olduğu düşünülən bugünkü Rusiya