Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyul

2018
10:26
2328
Pullu avtomobil yollarından istifadə proseduru müəyyənləşib

Azərbaycanda ödənişli avtomagistralın başlanması və başa çatması haqqında nəqliyyat vasitələrinin gedişinə görə haqqın alındığı yol sahəsinin başlanması barədə məlumat verən yol nişanı quraşdırılacaq.

FaktXəbər-in məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması”nda əksini tapıb.

Məlumat və yol nişanları Azərbaycan dilində və operatorun istəyinə əsasən xarici dildə (ingilis dilində) təqdim ediləcək. Eyni zamanda məlumat operator tərəfindən istifadəçilərin nəzərinə operatorun internet şəbəkəsində saytı vasitəsilə, istifadəçinin tələbi ilə isə ödəniş haqqının alındığı məntəqələrdə çatdırılacaq. İstifadəçiləri təqdim olunan xidmətlər haqqında məlumatlandırmaq məqsədi ilə operator (ödənişli avtomagistralın sahibi) ödənişli avtomagistralın başlanğıc məntəqəsinin və ödəniş haqqının alınması məntəqələri qeyd olunmaqla ödənişli avtomagistralın sxemi və alternativ ödənişsiz hərəkət marşrutu haqqında məlumatı təqdim edəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : yol 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 19:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com