Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyul

2018
09:53
2732
Dövlət yol çəkilişi üçün torpaq alır

Bakıda Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi məqsədilə həmin avtomobil yolunun layihəsi altına düşən torpaq sahələri dövlət tərəfindən alınacaq.

FaktXəbər-in məlumatına görə, bununla əlaqədar Baş nazir Novruz Məmmədov qərar verib.

Qərara əsasən, “Bakı şəhəri ərazisində yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 15 may tarixli 82 nömrəli sərəncamına əsasən, Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həmin avtomobil yolunun layihəsi altına düşən torpaq sahələrinin alınması həyata keçirilsin.

Bu qərarla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb ki, alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılsın.

Yol tikintisi layihəsi altına düşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun həyata keçiriləcək. Yol tikintisi layihəsi altına düşən alınan daşınmaz əmlak və alınmanın təsirinə məruz qalan şəxslər, onlara ödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ən azı bir dəfə Nazirlər Kabinetinə təqdim ediləcək.

Qərara görə, Maliyyə Nazirliyi Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınmasının maliyyələşdirilməsini təmin edrəcək.

Məqalədə : yol 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
440
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 16:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru