Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyul

2018
12:21
2538
Bətnindəki körpəni öldürmək istəyərkən həyatını itirdi

Lənkəranda 20 yaşlı 16 həftəlik hamilə qadın vəfat edib.

Bunu açıqlamasında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əbülfət Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün səhər Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü İbrahimova Günay Ümüd qızı ağır vəziyyətdə xəstəxanaya gətirilib:

“Xəstə dərhal reanimasiyaya yerləşdirilib. İlkin məlumata əsasən, o, ya həkimlərin, ya da qonşuların məsləhəti ilə hamiləliyi pozmaq üçün dərman qəbul edib. Qadında qanaxma baş verib. Əvvəl əhəmiyyət verilməyib, vəziyyəti ağırlaşandan sonra xəstəxanaya gətiriblər”.

Baş həkimin müavini qeyd edib ki, xəstəni xilas etmək mümkün olmayıb:

“Göstərilən bütün reanimasion tədbirlərə baxmayaraq, qadın dünyasını dəyişib”.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə : Ana ölümü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
102

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
202

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2291
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 01:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru