EKSPERT RƏYİ: `Ağ dəbilqəlilər`i Suriyadan niyə məhz İsrail çıxartdı? - FOTO-VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyul

2018
17:42
2001
EKSPERT RƏYİ: `Ağ dəbilqəlilər`i Suriyadan niyə məhz İsrail çıxartdı? - FOTO-VİDEO

"Ağ dəbilqəlilər" Suriya Ərəb Respublikasında (SƏR) guya baş verən "kimyəvi hücumlar" barədə KİV-də yaydıqları məlumatlarla özlərini tamamilə nüfuzdan salıblar. Fakteber.com-un məlumatına görə, bu barədə Rusiyanın Strateji  Planlaşdırma İnstitutunun direktoru Aleksandr Qusyev İsrail XİN-in ABŞ, Kanada və Avropa ölkələrini xahişi ilə  Suriyadan  "Ağ dəbilqəlilər"i çıxarması barədə yaydığı məlumatı şərh edərkən bildirib.

"Bu onu deməyə əsas verir ki, yəqin "Ağ dəbilqəlilər" öz tapşırıqlarını yerinə yetiriblər və onları SƏR-dən çıxarmaq olar. Niəyə məhz İsrail? Bu ölkə Qərbin iri maliyə və siyasi dəstəyini alır. Bundan başqa, territorial yaxınlıq da var. Məlum məsələdir ki, İsrail kəşfiyyatı Suriyanın kifayət qədər geniş ərazisini diqqətdə saxlayır və bu təşkilatın üzvlərini çıxarmaq onun üçün daha asan olar. Əlbəttə o, bunu Vaşinqtonun göstərişi ilə edir, çünki "Ağ dəbilqəlilər" ABŞ başda olmaqla Qərb ölkələri tərəfindən 100 faiz maliyyələşirdi" - deyə o, bildirib.

Xatırladaq ki, İsrail XİN-in rəsmi nümayəndəsi Emmanuel Naxşon Suriyadan "Ağ dəbilqəlilər"in üzvlərini evakuasiya etdiyi barədə məlumat vermişdi.

Suriya hökuməti "Ağ dəbilqəlilər"i terrorçularla əlaqədə və düşməncəsinə təbliğat işləri aparmaqda ittiham edir. Suriya prezidenti Bəşər Əsəd isə jurnalistlərə açıqlamasında, dinc əhalinin müdafiəsi ilə məşğul olduqlarını iddia edən “Ağ dəbilqəlilər” təşkilatının üzvlərinin əslində Əl-Qaidə terror qruplaşmasını dəstəklədiyini deyərək bunu sübut edilmiş fakt adlandırmışdı. Əsəd əlavə etmişdi ki, “insanları öldürən və edam edən (terror qruplaşmasının) həmin o üzvləri, eyni zamanda humanitar qəhrəmanlardırlar və hazırda onların hətta "Oskar" mükafatları da var”.

Bu təşkilatın üzvləri dəfələrlə Suriyada hərbçilər tərəfindən guya "kimyəvi hücum"un həyata keçdiyini vurğulamış, "sübut" kimi foto-videolar təqdim etmişlər. Lakin hər dəfəsində bu fotoların əslində studiya çəkilişləri olduğu ortaya çıxıb.

Məsələn, martın əvvəllərində Şərqi Qutada onların studiyada hazırladıqları "kimyəvi hücum" səhnələrinin fotoları sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu. Sonradan "Ağ dəbilqəlilər" guya Duma şəhərində "Kimyəvi hücum" olan ərazidə "xilasetmə əməliyyatı" barədə kadrlar yaydılar. Lakin tezliklə onların bu tamaşasının da üstü açıldı.

"Ağ dəbilqəlilər"in şübhəli fəaliyyətinə Suriyadakı məsələləri işıqlandıran və yaxından təqib edən tanınmış britaniyalı jurnalist Vanessa Bili də toxunub.

 «Mən «Ağ dəbilqəlilər»i könüllülər adlandırmazdım. Birincisi ona görə ki, «Ağ dəbilqəlilər» özlərini  neytral qeyri-hökumət təşkilatı adlandırırlar. Lakin bununla belə, onlar  maliyyəni – söhbət 150 milyon dollardan gedir – ABŞ, Böyük Britaniya və bir sıra başqa Avropa ölkələrinin, məsələn, Danimarka, Niderland, Fransa hökumətlərindən alırlar. Bütün bu ölkələr  açıq şəkildə Bəşşar Əsədin devrilməsini istəyirlər. Bu yaxınlarda məlum olub ki, «Ağ dəbilqəlilər»i Qətər sponsorluq edir. Lakin  məlumatlar var ki, bu dövlət  Suriyada ekstremist qrupları birbaşa maliyyələşdirir. İkincisi, «Ağ dəbilqəlilər» təşkilatı 2013-cü ildə  Britaniya xüsusi Xidmətinin sabiq əməkdaşı Ceyms Le Mezurye tərəfindən yaradılıb. O, müxafizə xidməti ilə əlaqəsi olan kompaniyalarda, o cümlədən MKİ-nin «çirkli işləri»  - sifarişli qətllər və sair üçün müraciət etdiyi Blackwater kompaniyasında tanınmış simadır. Le Mezure əvvəllər  Kosovo, İraq, Əfqanıstan, Yəmən  və sair «qaynar nöqtələr»də müxtəlif işlərə cəlb edilib», deyə o, araşdırmasında bildmirşdi.

Xanım jurnalistin sözlərinə görə, sözügedən təşkilat ancaq İŞİD, «Cəbhət ən-Nusra» təşkilatlarının nəzarətində olan bölgələrdə fəaliyyət göstərir: «Topladığım  dəlillərə əsasən mən belə bir nəticəyə gəldim: «Ağ dəbilqəlilər» əslində heç bir humanitar fəaliyyətlə məşğul olmur, onlar sadəcə bir maskalanmaq üçün örtükdür. «Ağ dəbilqəli» könüllüləri açıq şəkildə terrorçulara simpatiya bəsləyirlər. Bunun üçün onların «Facebook» dakı şəxsi səhifələrinə baxmaq kifayətdir».

Vanessa Bili onların peşəkarlıq məsələsinə də toxunub. Onun sözlərinə görə, «Ağ dəbilqəlilər»in fəlakət bölgələrində insanları xilas eğmək üçün cüzi hazırlıqları yoxdur, onlar bilmirlər ki, dağıntılar altında qalan insanlara ilkin növbədə hansı yardımı etmək lazımdır və sair.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 19:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com