Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyul

2018
13:37
Salyanda təcili yardım maşını qəzaya uğradı: xəsarət alan var - FOTO

Bu gün günorta saatlarında Salyan şəhərinin mərkəzində təcili yardım maşını qəzaya uğrayıb.

“103” təcili yardım xidmətinə məxsus 90 JM 941 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşın çağırış yerindən qayıdarkən şəhərin Ə.Hüseynzadə və Ə.Hüseynov küçələrinin kəsişməsində Salyan rayonunun Arbatan kənd sakini, 26 yaşlı Röyal Rasim oğlu Babayevin idarə etdiyi 90 NJ 517 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “07”nin sürücüsü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb./Virtualaz

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qəza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2018 19:37



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com