Su filtiri satan firma işçiləri ilə yerli sakinlər arasında kütləvi dava: ölən var

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyul

2018
22:40
1749
Su filtiri satan firma işçiləri ilə yerli sakinlər arasında kütləvi dava: ölən var

Hadisə rayonun Hökməli kəndi At yalı adlanan yaşayış massivində qeydə alınıb.

Gün boyu rayon ərazisində su filtiri satan gənclər At yalı yaşayış massivində tanımadıqları gənclərlə mübahisə ediblər. Buna səbəb isə həmin gənclərin firma işçilərinin yanlarında olan 3 xanıma söz atması olub. 

Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. 

Hadisə zamanı firma işçisi Bakı şəhər sakini Fəxri Şahbazlı avtomobillərində olan deşici alətlə 24 yaşlı Fərid Qurbanovu vurub. Sonuncu çox saylı qan itgisindən dünyasını dəyişib. Qətli törədən şəxs isə saxlanılıb.

Abşeron rayon polis idarəsi əməkdaşlarının keçirdikləri çevik əməliyyat axtarış tədbirləri nəticəsində, hadisə iştirakçıları olan digər şəxslər Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşıdrmalar davam etdirilir. (Report)

Məqalədə : dava filtr 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 02:59



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com