Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyul

2018
13:40
Riyaziyyat müəllimi olmaq istəyənlərin DİQQƏTİNƏ!

Müəllimlərin işə qəbulu üzrə növbəti imtahan iyulun 23-də keçiriləcək

Təhsil Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, riyaziyyat üzrə keçiriləcək test imtahanlarında isə 3 524 namizədin iştirakı nəzərdə tutulur.

İyulun 20-də ingilis və alman dilləri üzrə keçirilmiş test imtahanlarında 2 918 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq ingilis dili üzrə 54, alman dili üzrə isə 56 bal qeydə alınıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 11:49



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com