`Kukesi` - `Qarabağ` matçının hakimləri müəyyənləşib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyul

2018
13:11
1824
`Kukesi` - `Qarabağ` matçının hakimləri müəyyənləşib

"Qarabağ" klubunun Albaniyanın "Kukesi" komandası ilə keçirəcəyi futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşünü idarə edəcək hakimlər müəyyənləşib. 

Qarşılaşma norveçli hakimlər briqadasına həvalə olunub və baş hakim Hobber Nilsen olacaq. FİFA referisinə Harald Qronevik və Oskar İsaksen köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Erik Steen yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 25-i Şkoder şəhərində yerləşən “Loro Boriçi” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab qarşılaşması isə avqustun 1-i Tofiq Bəhrəmov adına Respublika stadionunda olacaq. Həmin matç da 21:00-da start götürəcək. 

Məqalədə : "Kukesi" - "Qarabağ" 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 23:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com