Qolu sınıq küçə süpürən qadın haqda - YENİ RƏSMİ XƏBƏR

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyul

2018
11:47
4140
Qolu sınıq küçə süpürən qadın haqda - YENİ RƏSMİ XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son günlər qolu sarıqlı şəkildə Bakı küçələrini süpürməklə məşğul olan qadın haqqında məlumat yayıb. 

FaktXəbər bildirir ki, bu barədə sosial şəbəkədə yazan qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı qeyd edib ki, son günlər qolu sarıqlı şəkildə Bakı küçələrinin birində təsərrüfat işləri ilə məşğul olduğu iddia olunan və yayılan fotosu ictimaiyyət arasında rezonans doğuran yaşlı xanımın sosial müdafiəsi ilə bağlı çoxsaylı suallar gəlməkdədir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları 77 yaşlı qadın - Alaverdova Nelya Mamedovna ilə görüşərək, onunla söhbət aparıblar.

Məlumat üçün bildirim ki, 1941-ci il təvəllüdlü Nelya Alaverdova 1997-ci ilin 5 may tarixindən yaşa görə əmək pensiyaçısıdır və hazırda 208,57 manat məbləğində aylıq əmək pensiyası alır. İşlədiyi Mənzil Kommunal Təsərrüfatı Birliyindən isə ayda 200 manatdan çox əmək haqqı alır. Nazirliyin əməkdaşları N.Alaverdovanın daimi yaşayış yerinin olmaması səbəbindən ona Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəsisəsində dövlət himayəsində yaşamağı təklif ediblər. Həmin müəssisədə müasir tələblərə uyğun yaşayış şəraiti mövcuddur. Lakin N.Alaverdova bundan imtina edib, hazırki məskunlaşdığı yerdən narazı olmadığını bildirib.

Bundan başqa N.Alaverdovaya heç olmazsa yaşadığı ünvanda ev işlərinə köməklik üçün sosial xidmət işçiləri tərəfindən səyyar formada daimi sosial xidmət göstərilməsi təklif edilib. Ancaq xanım bu təklifi də qəbul etməyib, 77 yaşının olmasına baxmayaraq özü-özünə qulluq edə bildiyini deyib”.

Qeyd edək ki, məsələni ilk işıqlandıran jurnalist Elçin Həsənli və bir neçə yardımsevər şəxs də həmin qadını görməyə getmişdi. Onların təkidlərinə baxmayaraq yaşlı qadın maddi yardım təkliflərini qəbul etməmişdi.

Məqalədə : qadın süpürgəçi 
Şərhlər
anonim tərəfindən 23-07-2018 08:14:29 tarixində yazıldı
xadimə
Siz dediz, biz də inandıq?! Qolu saröqlı halda işə niyə çıxıb? Bunu araşdırın!
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 02:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com