Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyul

2018
10:41
Dünən işıqlar niyə sönmüşdü? - Açıqlama

“Ötən gün axşam Sabunçu, Suraxanı və Xəzər rayonlarının elektrik enerjisi ilə təminatında heç bir problem olmayıb”.

Bunu mediaya açıqlamasında “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. O qeyd edib ki, dünən Bakının Nizami rayonu Qara Qarayev prospektində və Xətai rayonu Babək prospektinin bir hissəsində enerji verilişində 20 dəqiqəlik fasilə yaranıb: ““Azərişıq” əməkdaşlarının operativliyi nəticəsində şəbəkələrimiz vasitəsilə qısa müddətdə yaranmış fasilə aradan qaldırılıb. Qeyd edim ki, yaranmış fasilə “Azərişıq”a aid olmayan problem səbəbindən baş vermişdir”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : işıq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 23:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com