Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyul

2018
16:55
İstirahət günlərinin hava proqnozu açıqlanıb

Azərbaycanda istirahət günlərinin hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumatda Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 26-31, dağlıq rayonlarda isə 18-23 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılıb ki, axşam və gecə saatlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraiti əsasən yağmursuz keçsə də, axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 29-34 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırılıb ki, yaxın 2 gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 28-32 dərəcə isti təşkil edəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 16:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com