Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyul

2018
15:45
Yəməndə Denqe qızdırması yayılıb

Yəmənin Marib kəndində 132 nəfərdə denqe qızdırmasının qeydə alınıb. FaktXeber.com-un Milliyyet-ə istinadla verdiyi məlumata görə, bu barədə Yəmən  Xalq Səhiyyəsi və Əhali Nazirliyi xəbər yayıb.

Nazirlik bununla əlaqədar  beynəlxalq və yerli təşkilatlara xəstəliklə mübarizə etmək üçün yardım çağırışı edib.

Şəhərdə qızılca, vəba, difteriya və denqe qızdırması kimi bir çox xəstəliklərin sürətlə yayıldığı vurğulansa da, sonuncudan başqa digər xəstəliklərin statistikası açıqlanmayıb.

Ağcaqanadlardan keçən virusla yayılan denqe qızdırması xüsusən yağış mövsümlərində,əsasən də iyul və avqust aylarında artır.

Bundan əvvəl UNICEF-in  Yəmən ofisi ölkədə son 13 ayda  vəbadan 2311 nəfərin həyatını itirdiyini, bundan başqa 1 mln 118 min nəfərin bu epidemiyaya yoluxa biləcəyi barədə hesabat yaymışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Yəmən 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 17:19



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com