Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyul

2018
12:11
Tunel kəsənlər peşman olublar - VİDEO
Hüquq müdafiəçiləri Bakıda tuneli bağlamaqda təqsirli bilinərək həbs olunan şəxslərlə görüşüblər

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov və müavini Elçin Şirinov Bakıda tuneli bağlamaqda təqsirli bilinərək həbs olunan sürücülərlə görüşüb.

Komitə sədri T. Hüseynov APA-ya bildirib ki, onlar Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə baş çəkiblər. Komitə nümayəndələri orada saxlanılan, Bakıda körpünün altında şampan partladaraq tuneli kəsən sürücülərlə görüşüb: “Həmin şəxslər saxlanmadan və onlara qarşı rəftardan heç bir şikayət etmədi. Onlar törətdikləri əməldən çox peşman olduqlarını, bəziləri isə bir daha toy karvanına qatılmayacaqlarını bəyan etdilər. Həbs edilən sürücüləri ən çox məyus edən onların 1 illik sürücülük hüququndan məhrum edilməsi olub”.  

Qeyd edək ki, bir neçə gün əvvəl  bir qrup sürücü Bakıda körpünün altında şampan partlatmaqla tuneldə nəqliyyatın hərəkətinə maneəçilik törədiblər. Bu əməli törədən 7 avtomobil aşkar edilib, 5 nəfər sürücü saxlanılıb. Sürücülər 1 il sürücülük hüququndan məhrum edilməklə 20 sutka azadlıqdan məhrum ediliblər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : tunel bağlayanlar 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2018 18:48



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com