Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyul

2018
11:25
`Neftçi`nin baş məşqçisi: Bu, çox acınacaqlı haldır

"Bu bizim üçün çox ağır nəticədir". FaktXəbər-in məlumatına görə, "Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının birinci təsnifat mərhələsinin "Uypeşt”lə cavab oyunundan (4:0) sonra deyib.

İtaliyalı mütəxəssis həm nəticəyə, həm də komandamızı dəstəkləməyə gələn azarkeşlərə yaxşı nəticə göstərə bilmədiyi üçün kədərləndiyini bildirib:

"Ardıcıl iki qol buraxandan sonra bizim üçün çox ağır oldu. Müdafiədəki səhvdən sonra isə qapımızda üçüncü qolu gördük. Oyunda dönüş yaratmaq üçün böyük cəhdlər etdik, amma təəssüf ki, dördüncü qol da vuruldu. Ola bilsin ki, futbolçuları oyuna düzgün kökləyə bilməmişdik".

Baş məşqçi qeyd edib ki, əlbəttə, bu, çox acınacaqlı haldır: "Həm də ona görə kədərlənirəm ki, bizi dəstəkləməyə gələn azarkeşlərə yaxşı nəticə göstərə bilmədik. Bu bizim üçün çox ağır nəticədir. Oyunu əks-hücum üzərində qurmağı düşünürdük, amma təəssüf ki, bunu həyata keçirə bilmədik”.

Qeyd edək ki, "Neftçi" Bakıda keçirilən ilk oyunda Macarıstan klubunu 3:1 hesabı ilə məğlub etmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Neftçi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 06:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com