Bakıda MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının iclası işə başlayıb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyul

2018
11:17
1488
Bakıda MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının iclası işə başlayıb

Bakıda MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) iclası işə başlayıb. İclasda cinayətkarlıqla mübarizə üzrə dövlətlərarası proqramların həyata keçirilməsi,  MDB ölkələrinin Daxili İşlər nazirliklərinin (polis) əməkdaşlığının bir sıra digər aktual istiqamətləri, eləcə də terror və (və ya) beynəlxalq terror təşkilatlarının tərkibində üçüncü ölkələrin ərazilərində silahlı münaqişələrdə iştirak edən şəxslərə münasibətdə informasiya mübadiləsi, MDB ölkələri DİN orqanlarının Birlik ölkələri ərazisində müasir informasiya texnologiyaları sahəsində törədilən yeni cinayət növlərinə qarşı mübarizə üzrə koordinasiyalı hərəkətlər mexanizminin bazasının təkmilləşdirilməsi məsələlərinin nəzərdən keçiriləcəyi planlaşdırılır.

DİNŞ-nin iclası zamanı təşkilata sədrlik Azərbaycana keçəcək.

İclas çərçivəsində həmçinin MDB-yə üzv dövlətlərin avtonəqliyyat vasitələrinin oğurluğuna qarşı mübarizə və 2005-ci il noyabrın 25-dən onların geri qaytarılmasının təmin edilməsi üzrə əməkdaşlığı haqqında sazişə dəyişikliklər edilməsi barədə protokolun imzalanması da planlaşdırılır.

Məqalədə : MDB ölkələri 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 23:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com