Terrorbaşı ilə evlənən Çeçenistan FMX-nin sabiq rəhbərinin qızı Türkiyədə saxlanılıb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyul

2018
10:40
2493
Terrorbaşı ilə evlənən Çeçenistan FMX-nin sabiq rəhbərinin qızı Türkiyədə saxlanılıb

Türkiyənin İstanbul şəhərində antiterror əməliyyatları çərçivəsində Rusiyanın Çeçenistan üzrə Federal Miqrasiya Xidmətinin sabiq rəhbəri  Asu Dudurkayevin qızı saxlanılıb. FaktXeber.com-un məlumatına görə, bu barədə DailySabah xəbər yayıb.

Bildirilir ki, Dudurkayevin qızı Seda bir neçə il öncə Suriyaya qaçdıqdan sonra  terror qruplaşmasının komandiri, Gürcüstan vətəndaşı Əbu Ömər əl-Şişaninin (Tarkan Batiraşvilinin) arvadı olur.

Nəşrin məlumatına görə, əməliyyat zamanı 5 nəfər saxlanılıb. Onların arasında Şişaninin 2 oğlu da var. Komandirin özünün ölümü barədə 2016-cı ildə xəbər verilmişdi.

2013-cü ilin noyabr ayında Çeçenistan Respublikasının dövlət başçısı  Ramzan Kadırov Rusiyanın Çeçenistan üzrə Federal Miqrasiya Xidmətinə rəhbərlik edən  Asu Dudurkayevi sakinlərin qurumun işinə olan şikayətlərini nəzərə alaraq, həmçinin qızının «İslamın müqəddəs məkanlarını partladan, dinc sakinlərin qanını tökən quldurlara qoşulması» ilə əlaqədar qovmuşdu. 

Dudurkayevə qızının  vətənə qaytarılması üçün yardım təklif olunsa da, o, məsələni özünün həll etmək istədiyini bildirmişdi, lakin bu, uğurla nəticələnməmişdi. 

Məqalədə : antiterror 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 19:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com