Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyul

2018
10:21
Putin Trumpla Donbassda referenduma razılaşıb

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa referendumla Donbassdakı böhranın həllinə dəvət edib. Bu fikir Helsinkidə keçirilən görüşdə səsləndirilib.

FaktXəbər-in RT-yə istinadən məlumatına görə, Putin bu təklifi Trampa Rusiya səfirləri və daimi nümayəndələri ilə görüş zamanı səsləndirib.

Qeyd edilir ki, ABŞ prezidenti bu məsələni öyrənənə kimi liderlər planı ictimaiyyətə açıqlamamaq üçün razılığa gəliblər. 

Söhbət beynəlxalq birlik tərəfindən tanınmamış Donetsk və Lugansk Xalq Respublikalarının sakinlərinin yaşadıqları ərazilərin vəziyyəti barədə beynəlxalq təşkilatların himayəsi altında referendum keçirməsindən gedir.

Xatırladaq ki, Rusiya Ukraynanın Krım vilayətində də referendum keçürərək oranın ilhaqını rəsmiləşdirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tramp Putin Ukrayna Donbas Luqansk 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 04:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com